Sanqa meşəsi — Afrikada, Konqo çayının qollarından birinin hər iki tərəfində yerləşən tropik meşə və milli park. Meşə üç dövlətin: şərqdə Konqo Respublikası, mərkəzi hissədə Mərkəzi Afrika Respublikası və qərbdə Kamerunun ərazisində yerləşir.

Meşəyə üç milli park daxildir:

Kamrundakk Lobeke Milli Parkı – parka status 2001-ci ildən verilmişdir və sahəsi 2178.54 km²-dir. Mərkəzi Afrika Respublikasında Nouabel-Ndoki Milli Parkı – parkın statusu 1990-cı ildən bəri mövcuddur və sahəsi 495 km² olan şimal və 1220 km² sahəsi olan cənub hissəsi olmaqla iki hissəyə bölünür. Təbiət qoruğunun bu iki hissəsi Sanqa çayı ilə ayrılmışdır. Konqo Respublikasındakı Zenqa-Ndoki Milli Parkı – 3865.92 km² ərazini əhatə edən park statusunu 1993-cü ildən bu yana almışdır.

Meşə 2012-ci ildə tərkibindəki üç Milli Parkla birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Kamerundakı ümumdünya irsi Kateqoriya:Konqo Respublikasındakı ümumdünya irsi Kateqoriya:Mərkəzi Afrika Respublikasındakı ümumdünya irsi Kateqoriya:Konqo Respublikası coğrafiyası Kateqoriya:Kateqoriya BTMİ V