Viktor Kok-ool adına Tuva Milli Musiqi və Dram Teatrı (, ) 1936-cı ildə təsis edilmişdir.
Teatr Tuva aktyoru və RSFSR-in əməkdar artisti Viktor Şoqjapoviç Kok-oolun adını daşıyır.
Tarixi Teatr studiyasının əsasında yaradılmışdır. Studiyanın özü 1936-cı ildə Viktor Kok-oolun "Xayıran bot" pyesi əsasında hazırlanmış tamaşa ilə açılmışdır. Studiyanı açma qərarı Tuva Xalq Respublikasının Kiçik Xuralı tərəfindən qəbul edilmişdir. 1944-cü ildə Tuva SSRİ-nin tərkibinə daxil oldu, 1945-ci ildə isə Milli Teatr yaradıldı. 1947-ci ildə teatr nəznində rus truppası yaradıldı. 1950-ci ildə teatrda aktyorluq studiyası açıldı.
1958-ci ildə teatr musiqi və drama teatrına çevrildi.http://www.russkoekino.ru/chronic/teatr3/teatr30045.shtml Тувинский Государственный ордена «Знак Почёта» Музыкально-драматический театр им. В. Кок-оола
1986-cı ildə teatr "Şərəf nişanı" ordeni ilə təltif edildi.
Müxtəlif illər ərzində teatrdakı quruluşlara İvan Zabrodin, Siin-ool Öyün, Kadr-ool Saqdyı, İrina Lopsan rəhbərlik edirdi.
Akira Kurosavanın "Dersu Uzala" filmində baş rolda oynayan Maksim Munzuk teatr truppasının üzvü idiМунзук Максим Монгужукович на сайте kino-teatr.ru, həmçinin aktrisalar və müğənnilər və RSFSR xalq artistləri Kara-Kıs Munzuk və Xurqulek Konqar teatrda işləmişdilər.
2000-ci ildə teatr "Rusiyaya pəncərə" müsabiqəsinin laureatı oldu.
İstinadlar
Xarici keçidlər
Yeni teatr sezonunn açılışı