Anton Povolnı (; ) — Avstriyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub.
Karyera Əsl peşəsi polis olan PovolnıIllustriertes Sportblatt. Auch eine Justitz , futbol oynamağa Vyananın " Avstriya" klubunda başlayır. 1916-cı ildə komandanın əsas heyətində debüt edir. "Avstriya"dakı futbolçuların əksəriyyətinin Birinci Dünya müharibəsinə yollanması onun əsas heyətdə möhkəmlənməsinə kömək olur.
1921-ci ildə Povolnyı Avstriya ikinci divizionunda yarışan "Ober Sent Veyt" klubuna, oradan da bir neçə ay sonra 1921/22 mövsümündə ilk çempionluğunu qazandığı "Viner Şport Klub" komandasına keçir.
1924-cü ildə "Viner Alf" komandasına transfer olunur. Ancaq burada çox qalmır və İtaliyanın "Recana" klubuna transfer olunur. Burada ilk mövsumundə 22 oyuna 15 qol vurur.
Povolnınin çıxışı bir çox İtalyan komandasının diqqətini çəkir və 1926-cı ildə "İnter" klubuna keçir. Futbolçunun yeni komandasında debütü 3 oktyabrda "Napoli" ilə oyunda Povolnınin dubl etdiyi və "İnter"in 3–0 qazandığı görüşdə baş verir. Ümumilikdə 1926–27 mövsümündə 22 qol vurur. "İnter"in çempionatda 5-ci yeri tutmasına baxmayaraq Povolnı İtaliya çempionatının bombardiri olur.
Uğurları
Komanda Avstriya çempionu: 1922 Avstriya kubokunun qalibi: 1923 Macarıstan Kubokunun ikincisi: 1927
Fərdi İtaliya çempionatının bombardiri: 1927 (22 qol)
İstinadlar
Xarici keçidlər İnter.it saytında profil Enciclopediadelcalcio.com saytında profil
Kateqoriya:Avstriya futbolçuları Kateqoriya:Recana FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Avstriya futbol məşqçiləri Kateqoriya:Austriya Vyana FK futbolçuları Kateqoriya:Avstriyanın kişi futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri