thumb|Girokastra qalasının içərisində festival səhnəsi Girokastra Milli Folklor Festivalı () ― Albaniyanın cənubunda yerıəşən Girokastra şəhərinin eyniadlı qalasında hər beş ildən bir keçirilən sənət festivalı. Festival ilk dəfə 1968-ci ildə baş tutmuşdur və Albaniya mədəniyyətinin ən vacib hadisəsi hesab olunur. Festivalda Albaniya vətəndaşları, diaspora nümayəndələri və Balkanlardan və İtaliyanın cənubundan gələn insanlar alban ənənəvi musiqisi, geyimləri və rəqsləri nümayiş etdirirlər. Girokastra festivalı 1949-cu ildə Tirana şəhərində başlayan Folklor Festivalları ənənəsini təqib edir.

Tarixi thumb|1988-ci ildə çıxış edən folklor müğənniləri Girokastra Milli Folklor Festivalından əvvəl 1949-cu ildə və daha sonra 25-27 noyabr 1959-cu illərdə Albaniyanın paytaxtı Tirana şəhərində "Milli Mahnı, Musiqi və Rəqs Festivalı" keçirilirdi. On il sonra, 8-16 oktyabr 1968-ci ildə Albaniyanın kommunist lideri və Girokastrada doğulmuş Ənvər Xocanın doğum günü şərəfinə ilk "Milli Folklor Festivalı" keçirildi. Festival hər beş ildən bir 1973, 1978, 1983 və 1988-ci illərdə təkrar təşkil olunurdu. Festival 1995-ci ildə Berat şəhərində keçirildi, 2000-ci ilin sentyabr ayından isə yenidən Girokastrada təşkil olunmağa başladı.

Festival doqquzuncu dəfə 2009-cu ilin sentyabr ayında baş tutdu. Festivalın qalibləri Şkoder vilayəti təmsilçiləri oldular, onlar ən yaxşı ümumi çıxışlarına görə birinci yeri tutdular, ən yaxşı fərdi çıxışlarda isə Şərif Dərvişi və Mifterin Uka hamını üstələdilər.

Festivalın onuncu mövsümü 10–16 may 2015-ci ilə təsadüf etdi. COVID-19 koronavirus pandemiyasına görə festivalın 11-ci mövsümü bir il sonraya, 2021-ci ilin 1-8 may tarixlərinə təxirə salındı.

İstinadlar

Xarici keçidlər Albaniya Mədəniyyət Nazirliyinin rəsmi saytı Kateqoriya:Albaniya folkloru Kateqoriya:Girokastra