Butanal (yağ aldehidi, butilaldehid) – kimyəvi formulu С4Н8О olan alifatik üzvi birləşmədir. Butanon ilə izomerdir. Rəngsiz, kəskin qoxulu, yüksək dərəcədə alovlanan mayedir.

Alınması Butanal aşağıdakı üsullardan biri ilə alına bilər. butanol-1-in dehidrogenləşməsindən kroton aldehidinin hidrogenləşməsindən propenin hidroformilləşməsindən

Reaksiyaları Bütün alifatik aldehidlər kimi, yüksək reaksiya qabiliyyətli və kifayət qədər zəhərlidir. Qaldıqda atmosfer oksigeni ilə yağ turşusuna qədər oksidləşir. Yanma Birləşmə Oksidləşmə Karbohidrogen radikalında hidrogen atomlarının əvəz olunması

Əməyin mühafizəsi Butanal , digər aldehidlər kimi, zəhərli bir maddədir: İş sahəsinin havasındakı BBQ 5 mq / m3 (maksimum birdəfəlik)-dir. . Bununla belə, bir sıra tədqiqatlara görə, bu maddənin qoxusunun qəbul etmə hüdudu BBQ -dən daha yüksək ola bilər. Məsələn, tədqiqatda qoxunun orta hədd qatılığı 15 mq / m3-ə çatmışdır. Ona görə də n-butanaldan qorunmaq üçün əhəmiyyətli dərəcədə daha təsirli texnologiya dəyişikliklərindən və kollektiv qoruyucu vasitələrdən istifadə edilməlidir.

Mənbə Альдегиды и кетоны Таблица 13. Альдегиды и кетоны. Альдегиды

Qeydlər ↑ МКХБ Международная организация труда. МКХБ № 0403. Бутаналь Бутиральдегид. www.ilo.org/dyn/icsc/ (2018). Дата обращения: 10 ноября 2019. ↑ Кулибакин Б. В., Кулагина Н. К. Альдегиды // Большая медицинская энциклопедия : в 30 т. / гл. ред. Б. В. Петровский. — 3 изд. — Москва : Советская энциклопедия, 1974. — Т. 1. А — Антибиоз. — 576 с. — 150 000 экз. ↑ (Роспотребнадзор). № 405. Бутаналь (бутиральдегид; масляный альдегид) // ГН 2.2.5.3532–18 "Предельно допустимые концентрации (ПДК) вредных веществ в воздухе рабочей зоны" (рус.) / утверждены А. Ю. Поповой. — Москва, 2018. — С. 31. — 170 с. — (Санитарные правила). ↑ Pliska V. and G. Janicek. Die Veranderungen der Wahrnehmungsschwellen — Konzentration der Riechstoffe in Einiger Homologischen Serien (нем.) // Heymans Institute of Pharmacology Archives internationales de pharmacodynamie et de therapie. — Gent (Belgium), 1965. — Vol. 156. — S. 211–216. — ISSN 0003–9780.

Kateqoriya:Aldehidlər