Oruc Səda () — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı Oruc Səda 1934-cü il may ayının 24-də Qaryagin rayonunun (indiki Füzuli rayonu) Saracıq kəndində anadan olmuşdur. 1953-cü ildə Əhmədalılar kənd tam orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olmuşdur. 1957-ci ildə buranı bitirib Astraxanbazar (indiki Cəlilabad rayonu) rayonuna yollanmışdır. 4 il burada müəllim işlədikdən sonra, 1961-ci ildə Horadiz şəhərinə dəyişdirilmişdir.
Yaradıcılığı Şairin ilk şeiri olan "Analar" şeiri 1956-cı ildə "Gənclər" qəzetində çap edilmişdir. Beş kitabı işıq üzü görmüşdür. 1994-cü ildə şeir və hekayələrindən ibarət olan "Şeytan barmağı" kitabı çap edildi. Bundan sonra "Hələ şüşədədir divlərin canı", "Mavi nəğməli ömür", "Allah evi" və "Qəmin heyrət zirvəsi" kitablarını yazmışdır. Sonuncu yazdığı "Qəmin heyrət zirvəsi" kitabı isə 2003-cü ildə çap edilmişdir. Həmçinində şair Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.
Ölümü Oruc Səda uzun sürən xəstəlikdən sonra, 16 may 2016-cı ildə Horadiz şəhərində vəfat etmişdir.
Kitabları Şeytan barmağı — 1994 Hələ şüşədədir divlərin canı — Mavi nəğməli ömür — Allah evi — Qəmin heyrət zirvəsi — 2003
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri
Mənbə Oruc Səda. Qəmin heyrət zirvəsi. Bakı: "Şirvannəşr" nəşriyyatı, 2003.