Təbriz bəylərbəyilərinin siyahısı ― Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Təbriz bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı.

"Təbriz bəylərbəyliyi" adlanan inzibati vahid XVI əsrin əvvəllərində formalaşdırılmışdır. Geosiyasi cəhətdən olduqca strateji əhəmiyyətə malik region qərbdən Osmanlı impersiyası, şimaldan Çuxursəəd, Qarabağ və Şirvan bəylərbəylikləri ilə, cənubdan və şərqdən isə bir sıra İran əyalətləri ilə həmsərhəd idi. Bununla yanaşı, iqtisadi həyatın canlı, ictimai proseslərin də olduqca dinamik olduğu Təbriz bəylərbəyliyi Səfəvi dövlətinin mərkəzi idarəetmə strukturunun daim diqqət mərkəzində olmuşdur.

Yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur.

Təbriz bəylərbəyiləri

Sıra Bəylərbəyi Hakimiyyət illəri1İlyas bəy oğlu Xınıslı1501-15032Hüseyn bəy Şamlı1503-15093 Məhəmməd bəy Ustaclı1509-15144Durmuş xan Şamlı1514-15145Məntəşa sultan Ustaclı1514-15246Məhəmməd xan Təkəli1524-15307Musa sultan Mosullu-Türkman1530-15318Üləma sultan Təkəli1531-15329Musa sultan Mosullu-Türkman1532-153410Əmir Qayaib bəy Ustaclı1559-156211Qasıməli1562-157312Yusif bəy Ustaclı1573-157313Allahqulu bəy Əfşar1573-167714Əmir xan Mosullu-Türkman1577-158415Allahqulu bəy Fəth oğlu Ustaclı1584-158516Hüseynqulu xan Ustaclı158617Məhəmməd xan Ustaclı1586-158918Mehdiqulu xan Çavuşlu Ustaclı1589-159119Haqverdi sultan1590-159320Fərhad xan Qaramanlı1593-159321Lütfiyar xan Qaramanlı1593-160522I Pirbudaq xan Pörnək-Türkman1612-161723Şahbəndə xan Pörnək-Türkman1616-161824Qaraçaqay xan1618-162025Şahbəndə xan Pörnək-Türkman1620-162526II Pirbudaq xan Pörnək-Türkman1625-163527 Rüstəm xan Pörnək-Türkman1635-164328II Pirbudaq xan Pörnək-Türkman1643-1650 (mart)29Əliqulu xan (gürcü)1650-165130Əliqulu xan Dəvəli1652-165431Murtuzaqulu xan Qacar1655-166432Bican bəy (bəylərbəyi)1666-168033Hacı Əli xan1680-169434II Rüstəm xan Sipəhsalar1694-169535Anuşeh xan1695-169636Məhəmmədtalıb xan1696-169737Lütfəli bəy1697-170238 Musa bəy1702-171139Məhəmmədzaman xan1711-?40Mənsur xan Şahsevən Muğani?-171541Səfiqulu xan Ziyadoğlu-Qacar1715-171842Məhəmməd Əli xan1719-172043Mixri xan1720-172144Məhəmməd bəy Bəydilli-Şamlı1721-?

İstinadlar

Kateqoriya:Təbriz bəylərbəyiləri