Molodıye boytsı vostoka (, ; mənası – Şərqin gənc döyüşçüləri) — Azərbaycanda jurnal, Şərq Gəncləri Şurasının orqanı. Yeganə nömrəsi 1921-ci ilin yanvarında, Azərbaycan, rus və fars dillərində, Bakı şəhərində çıxmışıdır. Jurnalda Şərq gənclərinin həyatı və inqilabi mübarizəsini əks etdirən yazılarla yanaşı, Şərq gənclərinin 1920-ci ilin sentyabrında Bakıda keçirilmiş I qurultayı haqqında məlumat, qurultayın Manifesti, nizamnaməsi və b. materiallar da dərc olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Fars dilində jurnallar Kateqoriya:Rus dilində jurnallar Kateqoriya:1921-ci ildə yarananlar