Simon Baqratoviç Virsaladze () — Sovet, gürcü və rus teatr sənətçisi. SSRİ xalq artisti (1976). Lenin mükafatı (1970), iki Stalin mükafatı (1949, 1951) və SSRİ Dövlət mükafatı (1977) laureatı.

Həyatı Simon Virsaladze 31 dekabr 1908-ci ildə Tiflisdə anadan olub. İlk təhsilini Tbilisi şəhərində almışdır.

Sonradan Simon Virsaladze Moisey Toidzenin rəhbərliyində Tbilisi Dövlət Rəssamlıq Akademiyasında (1923–1926) D. N. Kardovski, İ. M. Rabinoviç və N. A. Şifrinden, İ. M. Rabinoviçin ona rəssamlığa böyük inamı aşıladığı Leninqraddakı Proletar Gözəl Sənətlər İnstitutunda (indiki Repin Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu) (1930–1931) təhsil almışdır. Burada dekorasiya sənətinin sirrlərinə yiyələnmişdir.

Simon Virsaladze 1927-ci ildən Tiflis Fəhlə Teatrında işləyir. 1931–1936, 1941–1945-ci illərdə Z. Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının baş teatr-dekorçusu olaraq çalışır. 1941–1945-ci illərdə Şota Rustaveli adına Tbilisi Milli Teatrında çalışır.

Simon Virsaladze 1937-ci ildən S. M. Kirov adına Leninqrad Opera və Balet Teatrında işləyir (indiki Mariinski Teatrı). Bu tetrda o, 1940–1941-ci illərdə dekorçu, 1945–1962-ci illərdə isə baş rəssam-dekorçu kimi çalığır.

Virsaladze Sovet İttifaqının digər teatrlarda da tamaşalara quruluşçu rəssam kimi dəvət olunurdu.

Bolşoy Teatrda bütün baletlərini tərtib edərək Y. N. Qriqoroviçlə fəal əməkdaşlıq edib.

Rəngarəng, zəngin olan rəssamın bəzəklərinin incə rəngləri, qəhrəmanlıq abidəsi, romantik coşqu və şənlik sadəlik və lakonizm, incə üslub hissi ilə birləşir. Dekorasiyalarında yüksək emosional ifadəliyə nail olur, rəngdən və işıqdan məharətlə istifadə edirdi.

Simon Virsaladze həmçinin Gürcüstan SSR Xalq Rəqs Ansamblının bir sıra proqramları üçün kostyumların müəllifidir.

Simon Virsaladze SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1958), SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1975) olmuşdur (1958). SSRİ Rəssamlar İttifaqının da üzvü olmuşdur.

Simon Virsaladze 7 fevral 1989-cu ildə Tiflisdə vəfat etmişdir. O, Didube panteonunda dəfn edilib.

Mükafatları Gürcüstan SSR əməkdar artisti (1943) RSFSR Xalq rəssamı (1957) Gürcüstan SSR xalq artisti (1958) SSRİ xalq rəssamı (1976) Lenin mükafatı (1970) — A. İ. Xaçaturyanın "Spartak" balet tamaşasındakı dizaynına görə (1968) İkinci dərəcəli Stalin mükafatı (1949) — A. K. Qlazunovun "Raymonda" balet tamaşasındakı dizaynına görə. İkinci dərəcəli Stalin mükafatı (1951) — D. B. Kabaleyvskinin "Taras ailəsi" operasındakı dizaynına görə. SSRİ Dövlət mükafatı (1977) — A. Y. Eşpainin "Anqara" balet tamaşasındakı dizaynına görə. İki Lenin ordeni (1958, 1979) Qırmızı Əmək Bayrağı ordeni (1966) "Şərəf nişanı" ordeni (1937) və medalları "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı. Brüsseldəki "Dünya Sərgisində" gümüş medal (1958).

Filmlər 1960 — Venesiya Mavrı (film -balet) 1964 — Hamlet 1970 — Kral Lir 1977 — Spartak (film -balet)

Filmoqrafiya 2009 — "Simon Virsaladze. Rənglərin musiqisi " — sənədli film, 2009, 52 dəq., Rejissor Nikita Tixonov

İstinadlar

Ədəbiyyat Ванслов, Виктор Владимирович, С. Вирсаладзе, М., 1969

Kateqoriya:SSRİ xalq rəssamları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:XX əsr rəssamları Kateqoriya:Rusiya rəssamları Kateqoriya:"Stalin" mükafatı laureatları Kateqoriya:Gürcüstan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiya teatr rəssamları