Adaqum (Adıkum, Adaqim, Atakuma, AtaqumКовешников В. Н. Адагум // Очерки по топонимике Кубани. — Краснодар : Мир Кубани, 2006. — С. 8. — ISBN 5-00-000578-3.; ) — Rusiyanın Krasnodar diyarında çay. Adaqum Kuban çayının sol qolu olub, uzunluğu 66 km, su toplayıcı hövzənin sahəsi 336 km²-dirВодный объект : [рус.] / textual.ru // Государственный водный реестр : [арх. 15 октября 2013] / Минприроды России. — 2009. — 29 марта..
Bakanka və Neberjay çaylarının birləşməsi nəticəsində yaranır. Çayın mənsəbi Markotxsk silsiləsinin şimal yamaclarındadır. Çayın qidalanması qarışıqdır. İl ərzində daha çox yağış suları üstünlük təşkil edir. Adaqum çayı əvvəllər çoxsaylı qollardan ibarət geniş şəbəkəyə malik idi. İndi çay qollarının bir çoxundan məhrum olub. Buna səbəb çay yatağında inşa edilmiş Varnavin su anbarıdır. Məhs Adaqum çayı bu su anbarına tökülür.
Çayın su rejiminə yay ayları üçün mejen xarakterikdir. Bəzən tam quruma belə baş verir. Dağlara yağan güclü yağışlardan sonra çayın suyu ətraf ərazilər çıxır. 2012-ci ilin 7 iyulunda baş verən güclü leysan yağışı zamanı Krımska rayonunda böyük daşqın meydana gəlmişdir. Daşqın nəticəsində 160 nəfər həlak olmuşdur. Minlərcə insanın əmlakına zərər dəymişdir.https://web.archive.org/web/20120711213859/http://krasnodar.kavkaz-uzel.ru/articles/209369/. Çay suyuna nəzarət etmək məqsədilə Varnavin su anbarı inşa edilmişdir. Varnavin anbarının tikintisinə 1964-cü ildə başlanılmışdır. Su anbarından aşağıda Adaqum çayı kanallara toplanılmış və Varnavin boşaltma kanalı adlanır. Kanlların kənarında çayın kiçik bir hissə qalmış. Bu kiçik çay boşaltma kanallarına paralel axır.
Çayın yuxarı axarlarında enliyarpaqlı meşələr üstünlük təşkil edir. Varnavin su anbarının ərazilərində isə daha çox kənd təsərrüfatı sahələr mövcuddur.
V. N. Koveşnikov və C. Kokova görə çayın adı türk dillərindən gəlir:Ad və qum — Qumlu ada . Abxaz dilində "kar" və ya — "tirə"Твёрдый А. В. Адагум // Кавказ в именах, названиях, легендах: опыт топонимического словаря. — Краснодар : Платонов И., 2008. — С. 16. — ISBN 978-5-89564-044-9. deməkdir. K. X. Meretukova görə sözün kökü xaşxaş çiçəyinin adı əsas ola bilər — К. Х. Меретуков. Атӏэкӏум // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 45. — ISBN 5-901701-43-7.. Bundan başqa Qafqaz müharibəsi zamanında adıgeylər ətrafda yaşayan natuxaj tayfalarını "adaqumlar" adlandırıdılar.К. Х. Меретуков. Атӏэкӏум // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 45. — ISBN 5-901701-43-7. Müharibənin sonunda çay kənarında adıqlar ilk dəfə olaraq artilleriya atəşindən istifadə etmişlərК. Х. Меретуков. Атӏэкӏум // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 45. — ISBN 5-901701-43-7..
İstinadlar Kateqoriya:Rusiya çayları Kateqoriya:Kuban çayının qolları Kateqoriya:Krasnodar diyarı çayları