II Mustafa (Osmanlı türkcəsi: مصطفى ثانى — Muṣṭafā-yi sānī; ) — 22-ci Osmanlı sultanı və 101-ci İslam xəlifəsi. Ordu rəhbərliyində səfərə çıxan son Osmanlı sultanı.Silâhdar, Nusretnâme (haz. Mehmet Topal, doktora tezi, 2001), MÜ Sosyal Bilimler Enstitüsü, s. 1–629, 657–658;
Həyatı
İlk illəri 2 iyun 1664-cü ildə Ədirnədə dünyaya gəlmişdir. Atası IV Mehmed, anası isə Əmətullah Gülnuş Sultandır. Doğumu səbəbilə 7 gün davam edən şənliklər keçirildi. İlk dərsini isə 5 yaşı olanda atasının lələsi Vani Mehmed Əfəndidən aldı və onun tövsiyəsilə daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. Atasının 1672-ci ildə çıxdığı birinci Lehistan səfərində onunla birlikdə Babadağa qədər getdi. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Əhmədlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. 1687-ci ildə atasının taxtdan endirilməsi əsnasında onun tərəfindən namizəd göstərilsə də, dövlət xadimləri yaşca daha böyük olması səbəbilə əmisi Sultan Süleymanı taxta çıxardı. Bundan sonrakı həyatını isə atası və qardaşı Şahzadə Əhmədlə birlikdə Topqapı sarayındakı Şimşirlik otağında keçirdi, daha sonra isə Ədirnəyə aparıldı. Ədirnədə ikən sərbəst həyat yaşadı. 1691-ci ildə Sultan Süleymanın vəfatı əsnasında taxta çıxması yenidən gündəmə gəlsə də, sədrəzəm Fazil Mustafa Paşanın təkidiylə bu dəfə də digər əmisi olan Sultan Əhməd taxta çıxarıldı. Bu dövrdə Trablusşam bəylərbəyliyindən alınan Hüseyn Paşanın Sultan Əhmədi devirərək onu taxta çıxarma cəhdi uğursuz oldu. Sultan Əhmədin ölümünün ardından sədrəzəm Sürməli Əli Paşa taxta onun oğlu 3 yaşlı Şahzadə İbrahimi namizəd göstərdi. Ancaq Şahzadə Mustafa baş xəzinədar Nəzir ağa kimi bəzi saray mənsublarının da dəstəyilə, ailənin ən böyük şahzadəsi olaraq Ədirnə sarayında taxt qurduraraq sədrəzəm və şeyxülislamı gözləmədən özünü sultan elan etdi (6 fevral 1695). O əsnada 31 yaşında idi. Bir neçə gün sonra Ədirnə köhnə məsciddə qılınc qurşandı.Abdurrahman Abdi Paşa Vekāyi‘nâme’si (haz. Fahri Çetin Derin, doktora tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü, s. 139–140, 390, 393;
Səltənət illəri Sultan Mustafanın taxta çıxdığı illərdə, 1683 tarixli Vyana mühasirəsiylə başlayan müharibə müxtəlif cəbhələdə davam edirdi. Taxta çıxar-çıxmaz ilk iş olaraq dövlət idarəsini əlinə aldı. Çoxdandır mütəmadi olaraq toplanmayan divan məclislərinin həftədə 4 gün çağırılmasını əmr etdi. Bundan başqa babaları kimi ordunun başında səfərə çıxmaq istədiyini bildirdi. Belə ki, sədrəzəm Sürməli Əli Paşaya xitabən yazdığı fərmanda Allahın ona xilafət nəsib etdiyini, sultanların çoxdandır eyş-işrətə qoşulduğu üçün əhalinin çətin vəziyyətdə olduğunu, bundan sonra özünə eyş-işrəti və rahatlığı haram qıldığını və dövlət adamlarının toplanaraq səfərə çıxma qərarını müzakirə etməsini əmr etdi. Beləliklə, İngiltərənin vasitəçilik etdiyi sülh müzakirələrinə də qarşı olduğu məlum oldu. Sultanın səfərə çıxma istəyi qarşısında dövlət adamları, sultanın qatılacağı bir səfərin olduqca baha başa gələcəyini bildirdi və onun Ədirnədə qalaraq ordunu idarə etməsini məsləhət gördülər. Bu əsnada şahzadəlik illərində müəllimi olan Seyid Feyzullah Əfəndini sürgündə yaşadığı Ərzurumdan gətirərək şeyxülislam təyin etdi. Bir tərəfdən səfərə çıxmasına qarşı çıxdığı üçün, digər tərəfdən isə Feyzullah Əfəndinin təşviqiylə Sürməli Əli Paşa sədarətdən alındı və yerinə sədarət naibi Almas Mehmed Paşa gətirildi (1 may 1695).A. D. Alderson, Bütün Yönleriyle Osmanlı Hanedanı (trc. Şefaettin Severcan), İstanbul, ts. (Yeni Şafak), s. 263, 330;
Sultan Mustafa hələ dövlət idarəçiliyində islahatlar apararkən, Venesiyalıların işğal etdiyi Xios adası azad edilmiş, Krım xanı Şahbaz Gəray Lehistana tərtiblədiyi səfərlərdən çox sayda əsir və qənimətlə geri dönmüşdü. Xios adasının azad edilməsi Ədirnədə şənliklərlə qeyd olundu.Hasan Ağazâde Hacı Abdullah Efendi, Târihçe: Mustafa II’ye Dair Bir Risâle (nşr. Fahri Çetin Derin, TD, IX/13 içinde), s. 45–70;
Səfər hazırlıqlarının bitməsinin ardından Sultan Mustafa taxta çıxdıqdan təxminən 5 ay sonra 30 iyun 1695 tarixində birinci Avstriya səfərinə çıxdı. Belqrad və Temeşvarda toplanan məclislərdə Lippa, Luqoş, Yanova və Şebeş qalalarının zəbt edilməsinə qərar verildi. Bu əsnada Belqrad qalası Qoca Cəfər Paşanın məsuliyyətinə verildi. Əvvəlcə Lippa qalası fəth edildi. Xeyli miqdarda döyüş sursatı, qənimət və əsir alındı. 1000-ə yaxın əsir qapıqulu ocağına göndərildi. Qorunması çətin olduğu üçün Lippa qalası dağıdıldı. Timiş çayı sahilində şəxsən sultanın qatıldığı döyüş Krım qüvvələrinin dəstəyilə Osmanlıların lehinə nəticələndi. Döyüşdə general Veterani həlak oldu. Osmanlı cəbhəsində isə Diyarbəkir və Rumeli bəylərbəyləri şəhid düşdü. Qələbənin ardından Luqoş qalası alındı. Bu zəfərlər səbəbilə Sultan Mustafaya "qazi" ünvanı verildi və sultan o qışı İstanbulda keçirdi. Bu əsnada Qara dəniz sahillərini ələ keçirmək istəyən Rusiya imperiyası Müqəddəs ittifaqa qoşularaq Azov qalasına hücum etsə də, Arslan Gərayla Kəfə bəylərbəyi Mustafa Paşanın səyləriylə ruslar geri çəkildi. Ancaq çox keçmədən I Pyotr Azov qalasını dənizdən və qurudan yenidən mühasirəyə aldı. İlk hücumdan yetərincə zərər görən qala çox keçmədən ruslara təslim oldu (6 avqust 1696). Azov qalasının itirilməsi Osmanlı cəbhəsində böyük ruh düşkünlüyünə səbəb oldu və geri qaytarılması üçün dərhal fəaliyyətə başlandı. O əsnada kaptan-ı dərya Mezomorto Hüseyn Paşa idarəsindəki Osmanlı donanması Xios adası ətrafında və Moreyada Venesiyaya qarşı qələbə qazandı.Nazmîzâde Murtaza Efendi, Târîh-i Seferü’l-Basra (nşr. Vahid Çabuk, TED, sy. 15 içinde), s. 326–380;
Ədirnədən İstanbula qayıdan və dərhal ikinci səfər üçün hazırlığa başlayan Sultan Mustafa zəngin vəzir və bəylərdən bütün məsrəfləri qarşılamaq üzrə əsgər toplamağı tələb etdi. Bundan başqa tarixdə ilk dəfə olaraq İstanbul və Ədirnədən 1500-ə yaxın bostancı orduya alındı. Azovun itirilməsindən sonra Səlim Gəray Krımda saxlanmışdı. Sultan Mustafa ikinci səfərinə 1696-cı ilin aprelində çıxdı. Bir çox Osmanlı qaynaqlarında, sultanın Belqraddakı məşvərət məclisində xirqeyi-səadət sandığını açaraq vəzir və üləmanın önündə ağladığı, Allahdan babası Sultan Süleyman Qanuninin Moxacda qazandığı kimi bir qələbə istəməsi qeyd olunur. Bu əsnada Avstriya ordusunun Temeşvar qalasını mühasirəyə alması xəbəri gəldi və səfərin istiqaməti bu qalaya yönəldildi. Avstriyalılar dərhal mühasirəni qaldırsalar da, Ulaş yaxınlığında 27 avqust tarixində məğlub oldular. Döyüş əsnasında sultanın da içində olduğu xirqeyi-şərif arabası yaxınlığında top mərmisi düşmüş, bu səbəblə dərhal həmin yerə sipər qazılaraq sultanın təhlükəsizliyi təmin edilmişdir. Döyüşdə Avstriya ordusunun 2 böyük generalı həlak oldu. Ardından Temeşvara daxil olan Osmanlı ordusu qalanı gücləndirdi və yenidən təhkim etdi. Həmin il Venesiyalılar Dalmatsiya sahillərindəki Ülgün qalasını mühasirəyə alsalar da, bu mühasirə uğursuz alındı.H. G. Majer, "The Harem of Mustafa II, 1695–1703 (Turkish Sultan)", Osm.Ar., XII (1992), s. 431–444;
Fransayla müharibəni sonlandıran Avstriyadan gələn sülh təkliflərini, qazanılan 2 böyük qələbədən sonra qəbul etməyən Sultan Mustafa üçüncü və sonuncu səfərinə 1697-ci ilin sentyabrında çıxdı. Səfərin istiqaməti isə hələ dəqiq bilinmədiyi üçün Belqraddakı məşvərət məclisində 2 istiqamət müzakirə edildi. Körpülü Hüseyn Paşanın təklif etdiyi Varadin istiqaməti qəbul edilmədi. Almas Mehmed Paşanın və Temeşvar mühafizi Qoca Cəfər Paşanın təkidiylə səfərin istiqaməti Temeşvar qalasına seçildi. Halbuki daha yaxında yerləşən Varadinə nəzərən, Temeşvar qalası daha uzaqda yerləşirdi və bir çox çaydan keçmək üçün körpülər tikilməli idi. Bu körpülərdən biri də Zenta yaxınlığında Tisa çayı üzərində qurulan körpü oldu. Ancaq Osmanlı ordusu bu körpü üzərindən keçərkən Avstriyalıların ani hücumuna məruz qaldı. Vahiməyə düşən Osmanlı ordusu darmadağın edili və sədrəzəmlə birlikdə onlarla zabit şəhid düşdü. Minlərlə döyüş sursatı və sədarət möhürü düşmən əlinə keçdi. Bu xəbərdən məyus olan Sultan Mustafa dərhal Temeşvara çəkildi. Sədarətə Hacı Hüseyn Paşa gətirildi (11 sentyabr 1697). Bu əsnada kaptan-ı dərya Mezomorto Hüseyn Paşa Egey dənizində venesiyalılara qarşı 2 böyük zəfər qazanmışdı. Zenta döyüşündən sonra Bosniyaya daxil olan Avstriya qüvvələri Sarayevo yaxınlığına qədər gəldi və bölgəni talan etdi (noyabr 1697). Ardından Bosniya bəylərbəyliyinə gətirilən Daldaban Mustafa Paşa bəzi qalaları ələ keçirərək venesiyalıları bölgədən çəkib çıxarmışdı.Necati Tacan, Eski Osmanlı Seferlerinden Niş-Belgrad-Salankamen-Petervaradin-Lugoş-Temeşvar Kuşatma ve Meydan Muharebeleri 1690–1696 (1101–1108), İstanbul 1939, s. 86–90, 94–105;
Bu məğlubiyyətin Sultan Mustafa üzərindəki təsiri böyük oldu. Ancaq sultan müharibəni davam etdirmək istəyirdi.1698 ci ildə Sultan yenidən səfərə çıxmaq istəsə də dövlət adamları buna icazə vermədilər. Lehistan, Venesiya və Rusiya cəbhələrində də vəziyyət Osmanlıların əleyhində idi. Müharibəni sonlandırmaq üçün İngiltərə səfiri Paqetin vasitəçiliyi qəbul edildi. Belqrad yaxınlığında Karlovitsa adlanan yerdə müxtəlif dövlətlərin təmsilçiləriylə gedən müzakirələr uzun çəkdi. Osmanlı tərəfinin təmsilçiləri rəisül-küttab Rami Mehmed Əfəndi və divan tərcüməçisi Aleksandr Mavrokordato idi. İmzalanan Karlovitsa sülhü ilə 16 ildir davam edən müharibələr başa çatdı. Osmanlı imperiyası Temeşvar istisna olmaqla, bütün Macarıstan torpaqlarını itirdi. Moreya yarımadası Venesiyaya, Ukrayna və Podolye bölgəsi Lehistana buraxıldı. 1700-cü ildə ruslarla imzalanan İstanbul sülhü ilə Azov qalası da Rusiya imperiyasına təslim edildi. Sülh məqsədilə paytaxta gələn səfirləri qəbul etmək üçün 1699-cu ilin sentyabrında İstanbula gələn Sultan Mustafa ertəsi il Ədirnəyə qayıtdı.P. Rycaut, The History of Turks Beginning with the Year 1679, London 1700, s. 522–523, 539, 540, 542, 553 vd.;
Bir neçə cəbhədə gedən müharibələr Osmanlı imperiyasını sosial və iqtisadi baxımdan sarsıtmışdı. Artan müharibə məsrəfləri üçün yeni vergilər təyin edilərkən, mövcud vergilərin miqdarı artırıldı. Qapıqulu və timarlı sipahi ocaqlarının nizamları dağıldığı üçün orduya əsgər toplamaq üçün səfərbərlik elan olundu. Müharibələr səbəbilə bəylərbəyi və sancaqbəyləri vəzifə yerlərində olmadıqları üçün bölgələrdə özbaşınalıq artmışdı.Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât, 1656–1704 (nşr. Abdülkadir Özcan), Ankara 1995, s. 502–503, 517–837;
Ədirnə hadisəsi və taxtdan endirilməsi Karlovitsa sülhünün ardından 5 illik dönəmdə hərbi, iqtisadi tədbirlər alındı. Digər yandan isə Sultan Mustafaya qarşı həm orduda, həm əhali arasında, həm də üləma zümrəsində narazılıqlar artırdı. Sultan Mustafanın bir kənarda durub dövlət məsələlərinə diqqət verməməsi və vaxtını Ədirnə sarayında əyləncələrlə keçirməsi yeniçərilərdə və əhali arasında onun da atası kimi olması barədə şayələrə səbəb oldu.D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 242–317;