Murad dağı — Kütahya və Uşak illərinin ən yüksək dağı. Kütahya və Uşak illərinin təbii sərhədini əmələ gətirir. Dağa indiki adını XIV əsrdə Kadoini fəth edən türkmənlər veriblər.

Murad dağı Mərkəzi Banaz rayonunun şimalını əhatə edir. 2.312 metrlik zirvəsi ilə Ege bölgəsinin Honaz dağından sonra ən yüksək dağıdır. Qədim dövrlərdə Dindimos adı ilə tanınırdı. Dağ üç iqlim qurşağının kəsisşdiyi ərazidə yerləşir. Nisbətən rütubətli olan şimal yamaclarında fıstıq, daha quraq olan cənub yamacları isə palıd meşələri ilə örtülüdür.

Dağın relyefi əsasən nahamardır. Uşak sərhədləri içərisində yüksəkliyi 1.500-2.000 metr hündürlüyə çatan bir çox təpə və yaylaları var. Bu təpə və yaylalar çox zəngin şam meşələri və otlaqlarla əhatə olunub. Gediz çayının mənbəyi də bu dağın şimal yamaclarının ətəklərində yerləşir (Çuxurörən kəndi Qarapınar şəlaləsi). Ərazidə iki kiçik bataqlıq ərazi var: yay aylarında quruyan Gölyeri və buzlaq gölü olan Quzugöl.

Tarixi Murad dağı qədim dövrlərdə Dindimos adı ilə tanınırdı. Məlumatlara görə, XIX əsrin sonalrından dağın qərb yamacında, zirvədən 500 metr aşağöıda yerləşən isti su bulağının üzərində Bizans dövrünə aid günbəzli tikili hələ də mövcud idi. Dağın daha aşağı hissəsində isə su təchizatı sisteminə malik qədim qış hamamı yerləşirdi.

Gediz bələdiyyəsi himayəsində 2 ədəd isti yeraltı su əsaslı hamam və müxtəlif yaylalarda villa tipli evlər mövcuddur.

Termal xizək mərkəzi Ərazidə termal xizək mərkəzi yaradılmışdır. Burada 1450 metr yüksəklikdə 41°C istilikdə termal su və yerləşmə, 1850 metr yüksəklikdə isə hər növdə xizəksürmə fürsəti təklif olunur. Bundan başqa, ərazidə dağ velosipedi, flora və fauna müşahidəçiliyi, fotosafari, dağçılıq, dağ yürüşləri və s. tipli müxtəlif turizm fəaliyyəti ilə məşğul olmaq mümkündür.

Həmçinin bax

Artos dağı Mədətsiz dağ Honaz dağı

İstinadlar

Kateqoriya:Türkiyə dağları Kateqoriya:Dağ zirvəsi – ikiminliklər Kateqoriya:Türkiyənin Əhəmiyyətli Quş Bölgələri