Şervud meşəsi — İngiltərənin Nottinqemşir qraflığında yerləşən meşə. Robin Qud əfsanəsinin burada yaşandığı barədə şayiələr vardır. Şervud meşəsi 423 hektar ərazini əhatə edir.

Şervud meşəsindəki nəhəng palıd ağacı Edvinstou kəndinin yaxınlığındadır. Ağacın yaşının 800 ilə 1000 il arasında olduğu təxmin edilir. Ağacın çəkisi 23 ton, diametri 10 metrdir.

Qalereya

İstinadlar

Kateqoriya:İngiltərə meşələri Kateqoriya:2002-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:2007-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:1969-cu ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ IV