Mariana Vasileva-Toteva (; ) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi, Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini (2021–2025).
Həyatı Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb.
2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib.
2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır.
2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib.
2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub. Bundan əvvəl o, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü idi.
16 yanvar 2025-ci ildə Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad edilib.
Məşqçi fəaliyyəti və uğurları 250px|thumb|left|Vasileva Marina Durunda ilə 2016 Yay Olimpiya Oyunlarında Vasileva Azərbaycanın Bədii Gimnastika üzrə baş məşqçisi təyin edildikdən sonra Azərbaycan, xüsusilə yeni nəsil gimnastlar arasında həm fərdi, həm də qrup yarışlarında beynəlxalq uğur qazanmağa başlayıb. Onun fərqlənən yetirmələri: Marina Durunda — 2015 Avropa Oyunlarının gümüş və 2015 Avropa Çempionatının bürünc medalçısı,Marina Durunda Avropa çempionatının bürünc medalını qazandı 2013-cü ildən Azərbaycanın dəyişməz Çempionu, "Tərəqqi" medalı laureatı. Lalə Yusifova — 2012, 2013 (Qran Pri Finalı) mükafatçısı. Jalə Piriyeva — Gənclər arasında Avropa medalçısı Arzu Cəlilova — Gənclər arasında Dünya və Avropa medalçısı Zöhrə Ağamirova — IV İslam Həmrəyliyi Oyunlarının çempionu. Nilufər Niftəliyeva Gülsüm Şəfizadə
İstinadlar
Xarici keçidlər Azerbaijan Rhythmic Gymnastics Coach Profile
Kateqoriya:Bolqarıstan idmançıları Kateqoriya:Azərbaycan Respublikasının gənclər və idman nazirlərinin müavinləri Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycanda legioner Bolqarıstan idmançıları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar məşqçiləri