Çornı peredel () — Peterburqda inqilabi xalqçı təşkilatı (1879-1882). "Zemlya i volya"nın parçalanmasından sonra yaranmış və onun proqramını saxlamışdı (siyasi mübarizənin və terrorun inkarı, fəhlələr arasında təbliğat).

Peterburqda Mərkəzi dərnəyin təşkilatçıları G.V.Plexanov, L.İ.Akselrod, V.İ.Zasuliç və başqaları idilər. Moskva, Kiyev, Odessa və Xarkovda dərnəyin filialları fəaliyyət göstərirdi. Təşkilat "Çornı peredel" jurnalını, "Zerno" qəzetini nəşr edirdi. 1880-ci ildə təşkilatın liderləri mühacirətə getdilər. Təşkilatın mərkəzi Moskvaya keçdi. 1880-1881-ci illərdə keçirilən həbslərdən sonra "Çornı peredel" zəiflədi və fəaliyyətini dayandırdı. Üzvlərindən bir hissəi "Narodnaya volya"ya daxil oldu. Lakin bəzi çornıperedelçi dərnəkləri 1880-ci illərin ortalarınadək fəaliyyət göstərmişdir.

G.V.Plexanov başda olmaqla bir qrup keçmiş çornıperedelçi xalqçılıqla əlaqəni kəsərək marksizm mövqeyinə keçdi və 1883-cü ildə Cenevrədə "Əmək azadlığı" qrupunu yaratdı.

Mənbə

Kateqoriya:Narodnaya volya Kateqoriya:1879-cu ildə yarananlar Kateqoriya:1881-ci ildə ləğv olunanlar Kateqoriya:Narodniklər Kateqoriya:Sosializm tarixi Kateqoriya:Rusiya imperiyasında siyasi partiyalar