Haruun-Kel () — "Ulduz müharibələri" kainatında uydurma planet. Klon müharibələri zamanı Haruun-Keldə Qalaktik respublika ilə Müstəqil Sistemlər Konfederasiyası arasında döyüş baş vermişdir. Ceday ustası Meys Vindu bu planetdəndir. Klon müharibələrinədn sonra Qalaktik imperiya Haruun-Keldəki üsyanı yatırmaq üçün oraya öz qüvvələrini göndərmiş, döyüş orbital bombardman və imperiyanın qələbəsi ilə başa çatmışdır.
Planet haqqında "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"də daha geniş məlumat verilir. Planetin səthi Yerə bənzəyir, cəngəlliklərdən, yaylalardan və vulkanlardan ibarətdir. Planetin sıx yaşıllığı xəstəlik törədən həşəratlar, parazitlər və davamlı göbələklərlə doludur. Buna baxmayaraq, planetdə korunnay adlanan insanlar yaşayır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ulduz müharibələrinin planetləri