Elçin Nəbiyev () — azərbaycanlı hərbçi–şturman, polkovnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, A. R. Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ & HHMQ) qərargah rəisi vəzifəsinin icraçısı, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində rəis, Birinci Qarabağ müharibəsi iştirakçısı.
İlk və yeganə azərbaycanlı olaraq Sovet vaxtı MiQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib.
Elçin Nəbiyev sonra könüllü olaraq Azərbaycan Ordusuna dönərək Birinci Qarabağ müharibəsi iştirakçısı olub. İkinci Qarabağ müharibəsində də, onun təcrübəsindən istifadə olunub. Hətta birinci müharibədə Nəbiyevin olduğu qırıcı ermənilər tərəfindən vurulub. Vurulmuş vəziyyətdə həmin təyyarəni aeroporta endirib. Müharibə zamanı ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb.
44 günlük İkinci Qarabağ müharibəsində uğurlu əməliyyatların tərtibində müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhrəmanlarından biridir.
30 noyabr 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda helikopter qəzasında həlak olub. Dövlət Sərhəd Xidmətinin hadisə ilə bağlı rəsmi açıqlamasında ehtiyatda olan polkovnikin "işçi Nəbiyev" kimi qeyd olunması Azərbaycan mediasında birmənalı qarşılanmayıb.
Elçin Nəbiyev 17 avqust 2026-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
İstinadlar
Xarici keçidlər
Şəki Ensiklopediyasında — Elçin Nəbiyev
Kateqoriya:Qaraheybət aviasiya poliqonunda helikopter qəzası Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları