Müstəqil Azərbaycan Universiteti — 1996–2006-cı illərdə Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi.
Tarixi Universitetin təsisçisi və rektoru Yeni Azərbaycan Partiyası Binəqədi təşkilatının sədri Abbas Mustafayev olmuşdur.
Bağlanması 2006-cı ilin mayında Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etmişdir. Bundan sonra tələbələr digər ali məktəblərə köçürülmə tələbi ilə aksiya keçirmişlər. Daha sonra Dövlət Komissiyasından kənar universitetə tələbə qəbulunun aparıldığı məlum olmuşdur. Qalmaqal bir neçə il davam etmişdir. Bəzi tələbələr aclıq aksiyasına əl atmışdılar.
İstinadlar