Persival Louell (; ) – ABŞ astronomu, yazıçısı və biznesmeni. Şairə Emi Louellin qardaşıdır.

Həyatı Persival Louell 1855-ci ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. 1876-cı ildə Harvard Kollecindən məzun olduqdan sonra biznes sahəsinə daxil olmuşdur.

Louell 1883–93-cü illərdə Asiyaya səyahətlər etmiş və yaşadığı təcrübələri kitab seriyaları şəklində yayımlamışdır. Onun 1888-ci ildə yazdığı "Uzaq Şərqin ruhu" kitabı Lefkadio Hern tərəfindən bəyənilmişdir. 1895-ci ildə yazdığı "Okkult Yaponiya" əsərində isə Yaponiyada müqəddəs dağ olan Ontake dağına etdiyi səyahətdən sonra şintoizmlə maraqlanmasından və şintoizmdəki praktikalardan bəhs etmişdir.

Louell daha sonra astronomiyaya maraq göstərmiş və 1894-cü ildə Arizona ştatının Flaqstaff şəhərində Louell rəsədxanasını qurmuşdur. O, Marsı tədqiq etməyə başlamış və Marsın şüurlu varlıqlar tərəfindən məskunlaşıldığı qənaətinə gəlmişdir. 1902-ci ildə Massaçusets Texnologiya İnstitutunun qeyri-daimi professoru olmuşdur.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Louell rəsədxanasının saytı

Kateqoriya:ABŞ astronomları Kateqoriya:Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvləri Kateqoriya:Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri Kateqoriya:Asteroid kəşf edənlər Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ riyaziyyatçıları