Azərbaycan SSR əməkdar geoloqu () — Azərbaycan SSR-də geologiya sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.
Tarixi və əsasnaməsi "Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1977-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.
Fəxri ad geologiya, geofizika, hidrogeologiya, topoqrafiya-geodeziya təşkilatlarında və elmi-tədqiqat idarələrində azı 10 il işləmiş, öz əməli və ya elmi fəaliyyətində xüsusilə fərqlənmiş, geologiya və yeraltı sərvətlərin kəşfi sahəsində böyük xidmət göstərmiş yüksək ixtisaslı mühəndis-texnik işçilərinə və elmi işçilərə, habelə geologiya kadrlarının hazırlanması və tərbiyələnməsi işində xüsusi xidmətləri olan şəxslərə verilirdi.
5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar geoloqu" adı ilə verilmişdir.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR əməkdar melioratoru və irriqatoru Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndisi Azərbaycanın fəxri adları
Kateqoriya:Azərbaycan SSR fəxri adları