Kenterberili Avqustin (, ; ) — benedikt rahibi, Kenterberinin ilk arxiyepiskopu. O, tarixə "ingilislərin həvarisi" və anqlikan kilsəsinin banisi kimi düşmüşdür.Delaney Dictionary of Saints P. 67–68
Avqustin Romada Müqəddəs Andrey monastırının rəhbəri idi, 595-ci ildə papa I Qriqori onu paqan kral Etelberti xristianlaşdırması məqsədilə Britaniyaya göndərmişdir. Kenterberidə məskunlaşmaq üçün icazə aldıqdan sonra Avqustin kralı və onun minlərlə təbəəsini vəftiz etməyi bacarmışdır. Avqustin şəhər divarları xaricində bir monastır qurmuş, 601-ci ildə arxiyepiskop təyin edilmişdir. 604-cü ildə digər xristian yepiskopları London və Roçesterdə məskunlaşmış, anqlosaks kahinləri və missionerləri yetişdirmək üçün məktəb yaradılmışdır.
Ömrünün sonunda İngiltərədə Roma iyerarxiyasının möhkəmləndirilməsi ilə məşğul olmuş, lakin papanın daimi dəstəyinə baxmayaraq, Kelt yepiskoplarını öz hakimiyyətinə tabe olmağa inandıra bilməmişdir. 604-cü ildə ölümündən qısa müddət sonra kanonlaşdırılmışdır. Avqustinin davamçıları heç bir yazılı dəlil qoymadıqları üçün onun həyatı yeganə mənbələr papa Qriqorinin məktublarıdır. Ölümündən 100 il sonra, benediktli rahib Möhtərəm Beda Avqustin haqqında qalan məlumatları toplamış, onları "Anql xalqının kilsə tarixi"nə daxil etmişdir.Stenton Anglo-Saxon England P. 104
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:VI əsr xristian müqəddəsləri Kateqoriya:Pravoslav müqəddəsləri Kateqoriya:Xristianlıq Kateqoriya:Roma şəxsləri Kateqoriya:Anqlikan müqəddəsləri Kateqoriya:Katolik müqəddəsləri