Corc Dik (, ; ) — İsrail diplomatı. 2018-ci ildən bəri İsrailin Azərbaycandakı səfiridir. O, səfir təyin olunan ilk xristian İsrail ərəbidir.
Həyatı
Dik Yafanın Əcəmi məhəlləsində, müxtəlif mənşəli qonşuların ətrafında böyüyüb. O, Rayxman Hüquq Məktəbində və Fulbrayt proqramının dəstəyi ilə Corctaun Universitetində təhsil alıb.
2008-ci ildə Dik Xarici İşlər Nazirliyində işləməyə başlayıb. 2009-2012 illər arasında o, Nigeriyadakı missiyanın başçısı olub. 2012-2015 illərin arasında Dik Norveçdə səfirin müavini olaraq çalışıb. 2014-cü ildə, Qoruyucu Sərhəd əməliyyatı zamanı isə, orda səfir səlahiyyətlərini icra edən idi.
2018-ci ildə Dik İsrailin Azərbaycanda səfiri vəzifəsinə təyin edilib. Beləliklə o, İsrailin ilk xristian ərəb səfiri olmuş. İsrailin ondan əvvəl də ərəb səfiri olmuşdu. Əli Yəhya İsrailin Finlandiyada və Yunanıstanda səfiri olmub.
2022-ci ildə Səfir Dikin rəsmi twitter hesabında Təbrizin sehrli nağılları () kitabı ilə şəkili Azərbaycandakı İran səfiri Seyid Abbas Musəvinin İsrailli həmkarını hədələyən tviti ilə qarşılanıb. Bununla bağlı sosial şəbəkələrdə geniş müzakirələr aparılıb.
Mənşəyi
Dikin atası vergi məsləhətçisi idi. O, Pravoslav Xristianların Assosiasiyasının katibi idi və Yafada çox tanınırdı. 2015-ci ildə Tev-Əviv-Yafanın meri, Ron Huldai onun adına meydan açmışdı. Dikin sözlərinə görə, atası tərəfindən Antaraan Hambarian adlı böyük nənəsi erməni fəlakətini yaşamışdı. Onun baba-nənəsi ərəblər yeni yaranmış İsrail dövlətinə hücum edəndə Livana qaçıblar. Onlara deyilib ki, evlərində qalsaydılar, yəhudilər onlara qarşı qırğın törədəcəklər və gözləntiləri o idi ki, ərəb orduları yəhudilərə qalib gələn kimi, onlar evlərinə qayıdacaqlar. Dik onun nənə-babasının özünü "aldadılmış" hiss edib, Livanda qaçqın qalmaqdansa Yafaya qanunsuz şəkildə qayıtdıqlarından danışıb. Ölkəyə qayıdış İsrail qanunlarına zidd olduğuna görə, elektrikçi olan Dikin babası həbs olunub. Lakin, yəhudi dostları və həmkarları onun azadlığa çıxmasına kömək ediblər. Qaçqın düşmüş Dikin bəzi qohumları İsrailə qayıtmayıb, özlərinə dünyanın müxtəlif yerlərində həyat qurublar.
İstinadlar
Xarici keçidlər Corc Dik Мамедъяров принял верительные грамоты нового посла Израиля – ФОТО Послом Израиля впервые назначен араб-христианин Израиль назначил араба из Яффо своим послом в Азербайджане Speech of 2014-11-17 "My family's story in 1948 - fleeing Jaffa, building a future in Israel." İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Kateqoriya:İsrailin Azərbaycandakı səfirləri Kateqoriya:İsrail ərəbləri