Dəymədərə — Azərbaycan Respublikasının Oğuz rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oronim dəymə (mal–qaranın saxlandığı yer) və dərə (mənfi relyef forması) komponentlərindən düzəlib, "mal–qara saxlanan dərə" mənasındadır.

Coğrafiyası və iqlimi Çay Dəymədərəçayın (Qalaçayın qolu) sahilində, Alazan–Əyriçay çökəkliyində, rayon mərkəzindən 20 km cənub–şərqdə, Padar kəndinin 4 km şərqində, Oğuz–Qəbələ şose yolunun solunda yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 538 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçilik təşkil edir.

Mədəniyyəti Kənddə klub, kitabxana və 50 nömrəlik ATS mövcuddur.

Təhsil Kənddə orta məktəb fəaliyyət göstərir.

Səhiyyə Kənddə tibb məntəqəsi var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Oğuz rayonunun kəndləri