thumb|Albaniyanın coğrafi mövqeyi Albaniya faunasına 15 600 onurğalı və onurğasız canlı daxildir. Albaniya ərazisinin böyük hissəsi dağlıqdır. Ölkə ərazisinin təxminən dörddə bir hissəsinin meşələr tutur. Baxmayaraq ki, XX əsrin sonlarından meşəlik ərazilərin sahəsi durmadan azalmağa başlamış. Ölkənin heyvanat aləmi mərkəzi avropa və aralıqdənizi faunasının qarşığından formalaşıb.
Məməlilər Ölkə ərazisində 79 növ məməli qeydə alınıb. İri yırtıcılara - canavar, tülkü, çaqqal, qonur ayı və adi vaşaq aiddir. Cütdırnaqlılardan avropa cüyürü, nəcib maral və qarapaça geniş yayılıb. Albaniya ərazisində yarasaların 20 növünə rast gəlinib. Sahilə yaxın ərazilərdə delfinlərin 4 növü ( o cümlədən yırtıcı delfin) var.
Quşlar Albaniyada 350-dən çox quş növü mövcuddur. Bəzi quş növləri: qıvrımlələk qutan, qırmızıdöş qaz ( Albaniya ərazisində ancaq qış aylarında olur), adi göydimdik və kiçik əyridimdik nadir quşlardan hesab olunur və qorunmağa ehtiyac duyulur. Qış aylarında 70 növ su quşları Albaniya ərazisində miqrasiya zamanı dayanır və ya qışlayır. Miqrasiya edən ümumi quş növlərinin sayı 250-dir.
Sürünənlər Ölkə ərazisində sürünənlərin 46 növü qeydə alınmışdır.Mizsei, Edvárd; Jablonski, Daniel; Végvári, Zsolt; Lengyel, Szabolcs; Szabolcs, Márton. Distribution and diversity of reptiles in Albania: a novel database from a Mediterranean hotspot (англ.) // Amphibia-Reptilia : journal. — 2017. — Vol. 38, no. 2. — P. 157—173. — ISSN 0173-5373. — doi:10.1163/15685381-00003097. (англ.) Bunlardan daha çox diqqət çəkən 4 növ dəniz tısbağasıdır. Onlar əsasən Adriatik dənizi sahillərində çoxalırlar. Ətraf mühitin təsirinə çox həssasdırlar: şahin çanaqlı tısbağa, yaşıl tısbağa, sini çanaqlı tısbağa, dərili tısbağa.
Quruda olan sürünənlərə 5 növ tısbağa, 17 növ ilan və 18 növ kərtənkələ daxildir.
Suda-quruda yaşayanlar Suda-quruda yaşayanların Albaniyada 16 növü mövcuddur.
Balıqlar Albaniyanın şirin su hövzələrində 70-dən çox balıq növü mövcuddur. Onlardan 18 növ istilaçı növ hesab olunur. Adriatik dənizi sularında 250 dəniz balığı qeydə alınmışdır.
Onurğasızlar
Həşəratlar Albaniyada təxminən 4000 həşərat növü mövcuddur. Onların 187 növü gündüz kəpənəkləri,Šašić, Martina; Popović, Miloš; Cuvelier, Sylvain; Đurić, Milan; Franeta, Filip; Gascoigne-Pees, Martin; Koren, Toni; Maes, Dirk; Micevski, Branko; Micevski, Nikola; Mølgaard, Morten S.; van Swaay, Chris; Wynhoff, Irma; Verovnik, Rudi. Contribution to the knowledge of the butterfly fauna of Albania (англ.) // Nota Lepidopterologica : journal. — 2015. — Vol. 38, no. 1. — P. 29—45. — ISSN 2367-5365. — doi:10.3897/nl.38.8814. (англ.) 55 növü iynəcələr, 14 növü isə torqanadlılardı. 50 növ bulaqçılar və təxminən 500 növ karabidlər var.Biogeography and ecology of Bulgaria. — Dordrecht: Springer, 2007. — 1 online resource (xxi, 687 pages) с. — ISBN 978-1-4020-5781-6, 1-4020-5781-4, 1-4020-4417-8, 978-1-4020-4417-5, 978-90-481-0726-1, 90-481-0726-1, 978-94-007-8856-5, 94-007-8856-8.
Hörümçəkkimilər Ölkə ərazisində hörümçəkkimilərin 335 növü qeydə alınıb.
Molyuskalar Albaniyada molyuskaların quruda və şirin su hövzələrində yaşayan 400 növü mövcuddur. Onların bir çoxu endemikdir.
Həmçinin bax
Albaniya coğrafiyası
İstinadlar Kateqoriya:Albaniya faunası Kateqoriya:Albaniyada ətraf mühit Kateqoriya:Albaniya coğrafiyası Kateqoriya:Avropa faunası Kateqoriya:Bioloji müxtəliflik Kateqoriya:Albaniya biotası