Serbiya krallığı () — 1882-ci ildə Knyaz IV Milan Obrenoviçin tacqoymasından sonra Serbiya knyazlığından yerində yaranmış Balkanlarda tarixi dövlət. Ən böyük coğrafi ərazisi 1913-cü ildə olub. Tarixi İkinci Serb üsyanı nəticəsində serblər uzun sürən Osmanlı imperiyası əsarətindən azad oldular. Yeni dövlət Serbiya knyazlığı adlanırdı. O, keçmiş Belqrad paşalığının ərazisini əhatə edirdi. Knyazlıq Osmanlı mülkləri hesabına 1831-1833-cü illərdə sərhədlərini qərbə, şərqə və cənuba doğru genişləndirdi. 1829-cu ildə osmanlılar Serbiyanın muxtariyyətini tanıdılar. 1867-ci ildə Osmanlı qoşunları knyazlığın ərazisini tərk etdi. 1869-cu ildə yeni konstitusiya Serbiyanı müstəqil dövlət kimi müəyyənləşdirdi. 1878-ci ildə Serbiya knyazlığı sərhədlərini cənub-şərqə doğru daha da genişləndirdi, elə həmin il Serbiyanın böyük dövlətlər tərəfindən tanınmasına və Osmanlı imperiyasından tam müstəqilliyinə zəmanət verən Berlin konqresi baş tutdu. 1878-ci il Berlin müqaviləsinə əsasən Serbiyanın ərazisi xeyli genişləndi. Niş, Pirot, Vranye və 300 mindən çox əhalisi olan bütün cənub-şərqi Serbiyanın ərazisi ilhaq edildi.Stanford J. Shaw and Ezel Kural Shaw, History of the Ottoman Empire and Modern Turkey, Volume 2: Reform, Revolution and Republic—The Rise of Modern Turkey, 1808–1975 (Cambridge University Press, 1977), p. 148.

Serbiya tam müstəqillik qazansa da, Avstriya-Macarıstandan maliyyə və iqtisadi cəhətdən asılı idi. XIX əsrin sonlarında siyasi asılılıq da artdı. Berlin Konqresindən sonra knyaz Milan Obrenoviçin və mühafizəkarların avstriyapərəst kursu 1881-ci ildə Avstriya-Serbiya Konvensiyasının bağlanmasına gətirib çıxardı ki, ona görə də ölkənin xarici siyasəti Vyanaya tabe idi və faktiki olaraq Serbiya üzərində Avstriya protektoratı yaradıldı.История Югославии. В 2-х т. — М., 1963. Bu konvensiyaya görə, Serbiya Avstriya hakimiyyətinin razılığı olmadan başqa dövlətlə heç bir müqavilə bağlamamağı, habelə Bosniya və Herseqovina kondominiumu və Yenibazar Sancağında öz ərazisindən aparılan təbliğatı dayandırmağı öhdəsinə götürdü.Агансон О. И.  Влияние переворота 1903 года в Сербии на расстановку сил в Балканском регионе // Вестник Московского университета. Серия 8: История. — 2010. — № 2. — С. 79—80. Knyaz Milan da Bosniya və Herseqovina kondominiumu və Yenibazar Sancağına iddialarından imtina etdi. Buna cavab olaraq Avstriya-Macarıstan Obrenoviç sülaləsinə dəstək zəmanəti və Serbiyanın krallıq elan edilməsinə razılıq verdi. 22 fevral 1882-ci ildə knyazlıq krallığa çevrildi və Milan serblərin kralı elan edildi.

I Milanın hakimiyyəti dövründə 200px|thumb|left|I Milan Obrenoviç 200px|thumb|right|Kral I Aleksandr Obrenoviç 200px|thumb|right|Nikola Paşıç 22 fevral 1882-ci ildə I Milan serblərin kralı elan edildi. Berlin sülhünün şərtlərinə əsasən yeni əldə edilən ərazilər müəyyən problem yaradırdı. Bu ərazilərdə inteqrasiya və etnik homogenləşdirmə siyasəti başladıldı. Nəticədə müsəlman əhali qovuldu, mülkləri isə pravoslav serblər arasında bölündü.История Югославии, 1963.

1880-ci illərdə daxili siyasi həyat siyasi partiyaların yaranması və onlar arasında, ilk növbədə, Milan Piroçanakın hakim Gənc Mühafizəkar Serb Tərəqqi Partiyası (hazırda Serbiya İnkişaf Partiyası, Naprednyaklar) ilə Per Todoroviç və Nikola Paşiçin Xalq Radikal Partiyası arasında kəskin mübarizə ilə xarakterizə olunurdu. Bu mübarizə ölkədə geniş təbəqə olan kənd əhalisini, ziyalıları və xırda ruhaniləri öz tərəfinə çəkməkdə göstərirdi. Naprednyaklar ölkəni modernləşdirmək üçün nəzərdə tutulmuş bir sıra qanunlar qəbul etdilər. Lakin onların icrası olduqca ləng gedirdi. Xüsusilə, 1882-ci ildə ümumi ibtidai təhsil haqqında qanunun qəbul edilməsinə baxmayaraq, məktəblərin və müəllimlərin olmaması səbəbindən XIX əsrin sonunda Serbiya əhalisinin 75%-dən çoxu savadsız qalmışdı. Knyaz və naprednyakların Qərbi Avropaya istiqamətlənməsi ruspərəst kəndlilərin və ruhanilərin narazılığına səbəb olurdu. 1883-cü ildə Serbiyanın şərqində başlayan Timok üsyanı tezliklə qoşunlar tərəfindən yatırıldı. Ardınca hərəkat və Radikal Partiya üzvlərinə qarşı sərt repressiyalar başladı.

Bolqarıstan knyazlığı ilə müharibədə kapitulyasiya, maliyyə böhranı və siyasi qeyri-sabitlik kral I Milanı radikallara güzəştə getməyə məcbur etdi. 1888-ci il dekabrın 22-də səsvermə hüququnu, azad toplaşma preroqativlərini genişləndirən, demokratik hüquq və azadlıqları təmin edən yeni konstitusiya təsdiq edildi. I Milan Obrenoviç tezliklə taxtdan imtina etdi.

İqtisadiyyatı XIX əsrin sonlarına qədər Serbiya geridə qalmış aqrar ölkə olaraq qalırdı. Əhalinin 89 %-dın çoxu kənd təsərrüfatında çalışırdı. Maşınlardan və müasir idarəetmə üsullarından praktiki olaraq istifadə etməyən kiçik kəndli istehsalı tamamilə üstünlük təşkil edirdi. Kənd təsərrüfatının əsas sahəsi Avstriyaya ixraca yönəlmiş donuzçuluq, həmçinin qarğıdalı becərilməsi olaraq qalırdı. XIX əsrin sonunda zadruqların (iri torpaq sahibləri) süqutu əsasən başa çatdı. Lakin hökumətin minimum kəndli payını qorumaq üçün tədbirləri kənd təsərrüfatında muzdlu əmək bazarının formalaşmasına mane oldu. İri sənaye müəssisələri yox idi, sənayenin inkişafının stimullaşdırılması dövlət siyasətinə baxmayaraq, sənətkarlıq istehsalının tam üstünlük təşkil etməsi qalırdı.

Serbiyanın Berlin Konqresində götürdüyü öhdəlikləri yerinə yetirmək üçün 1881-ci ildə Vyananı Saloniki və İstanbulla birləşdirməli olan dəmir yolu tikintisinə başlanıldı. Dəmir yolunun tikintisi isə iqtisadi inkişafın sürətləndirilməsinə təkan vermədi və ölkənin kənd əhalisinin həyatına praktiki olaraq heç bir təsir göstərmədi. Xarici ticarət XIX əsrin sonunda Serbiya ixracının 86%-ə qədərini istehlak edən Avstriya-Macarıstandan çox asılı idi. Heyvandarlıq məhsulları əsas ticarət obyekti olaraq qalırdı. Dövlət borcu durmadan artır, əsas kreditor da Avstriya-Macarıstan imperiyası idi. Xarici siyasət 1885-ci ildə Serbiya Bolqarıstan knyazlığı ilə müharibyə başladı. Buna səbəb Bolqarıstanın onun da iddia etdiyi Şərqi Rumelini öz torpaqlarına qatması oldu. Slivitsa döyüşündə Serb ordusu tamamilə darmadağın edildi. Yalnız Avstriya-Macarıstanın müdaxiləsi sülhün bağlanmasına və ərazi itkilərinin qarşısını almağa imkan verdi. I Aleksandrın regentliyi dövrü I Milanın azyaşlı varisi Aleksandr Obrenoviçin dövründə demokratik islahatlar aparan, Rusiya ilə ittifaqı bərpa edən və Osmanlı imperiyasının Balkan ərazilərində serb təbliğatını gücləndirən radikallar hakimiyyətə gəldi. Lakin 1894-cü ildə I Milan Obrenoviç mühacirətdən qayıtdıqdan sonra avtoritarizmə və repressiyaya qayıdış başladı və 1888-ci il konstitusiyası ləğv edildi. Lakin siyasi vəziyyət qeyri-sabit olaraq qaldı. Hökumətlərin tez-tez dəyişməsi ilə yanaşı, kralın özündən xeyli yaşlı təvazökar dul qadın Draqa Maşinlə evlənməsi vəziyyəti çətinləşdirdi.

1901-ci ildə yeni, nisbətən liberal konstitusiyanı ("Aprel Nizamnaməsi") təsdiq etməklə radikalları sakitləşdirmək cəhdi uğursuz oldu və tezliklə onun fəaliyyəti dayandırıldı. 1903-cü ilin mayında bir qrup müxalifət zabiti sui-qəsd təşkil edərək Kral Aleksandrı və Kraliça Draqanı öldürdülər. Onların ölümü Serb taxtında Obrenoviçin hakimiyyətinin sonu oldu. 1888-ci il konstitusiyası bərpa edildi və I Pyotr Qarageorgiyeviç kral elan olundu.Ћоровић, Владимир. Историја српског народа. — Београд, 1981 I Pyotrun hakimiyyət illəri İlk islahatlar 200px|thumb|right|Serbiya və Balkanlar Birinci Dünya müharibəsi dövründə I Pyotrun hakimiyyəti dövründə Serbiyada siyasi sistemin köklü transformasiyası həyata keçirildi. Demokratik azadlıqlar bərpa olundu, ölkənin ali qanunverici orqanına çevrilən və hökumətin fəaliyyətinə nəzarət edən məclisin səlahiyyətləri genişləndirildi. Nəticədə, XX əsrin əvvəllərində Serbiya Qərb tipli parlament monarxiyasına çevrildi. Nikola Pasiçin başçılıq etdiyi Radikal Partiyası on beş il hakimiyyətdə (qısa fasilələrlə) oldu.

I Pyotrun hakimiyyət illəri “Qızıl əsr” adını adlı. “Qızıl əsr” serb parlamentarizminin özünəməxsus xüsusiyyətləri var idi. Demək olar ki, ümumi seçki hüququna baxmayaraq, bütövlükdə əhalinin siyasi şüuru kifayət qədər aşağı səviyyədə qalmışdı. Seçicilərin böyük əksəriyyəti ya savadsız, ya da zəif təhsilli idi, onların üstünlükləri partiyanın proqramlarına deyil, şəxsi simpatiya və liderlərə inamla bağlı idi. Seçkilərdə inzibati resursdan fəal istifadə olunurdu. Ordu siyasətdə mühüm rol oynayırdı. Yüksək çinli zabitlər əslində müstəqil idilər və millitarist "pan-serbizm" istəklərini bəyan edirdilər. Məhz zabitlər arasında Draqutin Dimitrieviç-Apisin başçılıq etdiyi nüfuzlu məxfi təşkilat "Birlik və ya ölüm" (və ya "Qara əl") yarandı və bütün cənub slavyanlarını Serbiya dövləti çərçivəsində birləşdirməyə çalışdı. XX əsrin əvvəlləri dövrü Serb tarixinə “Qızıl əsr” və ya “Perikl erası” kimi daxil oldu.История Югославии, 1963 İqtisadi islahatlar I Pyotrun dövründə Serbiya iqtisadiyyatı özünün “qızıl dövrünü” yaşayırdı. İqtisadi inkişaf xeyli sürətləndi, sənaye müəssisələri yaradılmağa başladı, nəqliyyat şəbəkəsi sürətlə böyüdü. Serbiyanın Avstriya-Macarıstandan iqtisadi asılılığı xeyli azaldı. 1906-1908-ci illərin gömrük müharibəsinə səbəb olan sonuncunun birbaşa təzyiqinə baxmayaraq, Serbiya Qərbi Avropada yeni bazarlar tapmağa və Avstriya-Macarıstana ixracın payını 15%-ə endirməyə nail oldu. İqtisadiyyatın sürətli inkişafı nəticəsində Serbiya Balkan standartlarına görə kifayət qədər çiçəklənən ölkəyə çevrildi. Xarici siyasət 230px|thumb|left|Serbiya kralığı Balkan müharibələrindən sonra Xarici siyasətdə 1903-cü il çevrilişindən və kral cütlüyü Obrenoviçin sui-qəsdçilər tərəfindən öldürülməsindən sonra Avstriya-Macarıstana istiqamətlənmə Rusiya və Fransa ilə yaxınlaşma ilə əvəz olundu. 1908-ci ildə əhalisinin 40%-ni serblər təşkil edən Bosniya və Herseqovinanın ilhaqından sonra Avstriya-Macarıstanla münasibətlər kəskin şəkildə pisləşdi. İlhaq Serbiyada kütləvi etiraz nümayişlərinə və könüllülər korpusunun yaradılmasına səbəb oldu.Spasovski M., Živković D., Stepić M. The Ethnic Structure of the Population in Bosnia and Herzegovina.

Siyasi nəticə Osmanlı imperiyasının slavyanların məskunlaşdığı torpaqlarında, ilk növbədə Kosovo və Makedoniyada vətənpərvərlik hərəkatının artması və panserb təbliğatının güclənməsi oldu. 1912-ci ildə Serbiya Bolqarıstanla hərbi ittifaqa girərək Avropadakı Osmanlı mülklərinin bölünməsi razılığına gəldi. Lakin bu, Makedoniyanın gələcək sahibliyi məsələsini açıq qoydu. Ondan sonra Yunanıstan və Monteneqro ilə müqavilələr bağlandı. Nəticədə 1912-ci ilin payızında Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlara başlayan anti-osmanlı Balkan ittifaqı yaradıldı.

1912-1913-cü illər Birinci Balkan müharibəsi zamanı serb qoşunları Kosovonu, Sancak bölgəsini, Makedoniyanın şimal və mərkəzi hissələrini və Albaniyanın əhəmiyyətli bir hissəsini Durreslə birlikdə işğal etdilər. 1913-cü il London sülhünə əsasən, Serbiya və Monteneqro Yenibazar Sancağını və Kosovonu öz aralarında bölüşdürdülər. Lakin Serbiyanın Albaniya ilə bağlı iddiaları rədd edildi, ölkə dənizə çıxış əldə etmədi. Bolqarıstanın müqaviməti ilə Makedoniyaya mənsubiyyət məsələsi də həll olunmadı. Nəticədə 1913-cü ildə Bolqarıstanın məğlubiyyəti və Makedoniyanın Serbiya ilə Yunanıstan arasında bölünməsi ilə başa çatan İkinci Balkan müharibəsi başladı. Makedoniyanın şimal hissəsi (Vardar Makedoniyası) Serbiyaya birləşdirildi.