Yuxarı Zeyxur — Azərbaycan Respublikasının Qusar rayonunun Yuxarı Zeyxur kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonimin əsasını Zeyxur komponenti təşkil edir. Yerli əhali arasında Qala adlanan xarabalıq (Samurçayın çökəkliyində) keçmiş Zeyxur kəndinin qalıqları sayılır. Zeyxur sözü ləzgi dilindəki tsey (yeni) və xur (kənd) komponentlərindən ibarət olub, "yeni kənd" mənasındadır. Yuxarı sözü kəndin adına onu eyniadlı digər yaşayış məntəqəsindən (Zeyxur) fərqləndirmək və kəndin yerləşdiyi coğrafi mövqeyi bildirmək məqsədilə artırılmışdır.

Tarixi Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Qusar rayonunun Yuxarı Zeyxur kəndi Həzrə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Zeyxur kənd Soveti yaradılmışdır.

Coğrafiyası və iqlimi Kənd Qusar maili düzənliyində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1020 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Qusar rayonunun kəndləri Kateqoriya:1790-cı ildə yaranan yaşayış məntəqələri