Vaqner qrupu üsyanı və ya Priqojin üsyanı, Göbələk devirməsi, Göbələk qiyamı – 23 iyun 2023-cü ildə Vaqner Qrupunun lideri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun qüvvələrinə hücuma keçməkdə və onun qüvvələrinin "nəhəng" hissəsini öldürməkdə ittiham etdi. Priqojin Müdafiə Nazirliyinin rəhbərliyindən qisas alacağına söz verdi. Hərbi idarəçilikdə "şərin" dayandırılmalı olduğunu vurğulayan Priqojin "ədalət üçün addımlayacağını" bildirmişdir.
Arxa plan
Yevgeni Priqojin KİV-lər tərəfindən "Putinin aşbazı" adlandırılan Rusiyalı iş adamıdır. 2014-cü ildə o, "Vaqner" ÖHŞ-nın əsasını qoymuşdu. Priqojinın Rusiya Müdafiə Nazirliyi və Prezident Administrasiyası ilə münasibəti pis idi. O, Sergey Şoyqunu Suriyada "köhnəlmiş üsulu" işlətdiyinə görə tənqid edirdi, Şoyqu isə Rusiya Silahlı Qüvvələrini qida ilə təmin etməklə məşğul olan Priqojinın şirkətini tənqid edirdi.
İstinadlar
Kateqoriya:2023-cü ildə Rusiya Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:Rusiyada üsyanlar Kateqoriya:XXI əsrin üsyanları Kateqoriya:Vladimir Putinə müxalifət Kateqoriya:Vaqner qrupu Kateqoriya:24 iyundakı hadisələr Kateqoriya:Hərbi üsyanlar Kateqoriya:Rostov vilayətinin tarixi Kateqoriya:Voronej Kateqoriya:2020-ci illərdəki üsyanlar