Vadim Abdullayev () — Azərbaycan Premyer Liqasında mübarizə aparan Araz-Naxçıvan PFKdə çıxış edən futbolçu.
Həyatı 17 dekabr 1994-cu ildə Masallı rayonunda anadan olmuşdur. Karyerası Klub karyerası 2012-ci ildə Bakı FK-da yarımmüdafiəçi kimi professional karyerasına başlamışdır. 2014-ci ildə Simurq PİK-ə transfer olmuş, bir il sonra Qəbələ FK-da mübarizə aparmağa başlamışdır. 2016-il də Sumqayıt FK-ya keçmiş və mövsümün sonunda 2017-ci ildə Şüvəlan FK-ya transfer olmuşdur. 2018-in transfer mövsümündən Sabah FK-da oynamağa başlamışdır. 2022-ci ilin yayından etibarən karyerasını Araz-Naxçıvan PFK-da davam etdirir və Araz-Naxçıvanın heyətində I Divizionda 2022-2023 sezonunun çempionu olmuşdur. Milli yığma Azərbaycanın U-17 və U-21 yiğma komandalarının heyətində çıxış etmiş, U-17 millimizdə 1, U-21-in heyətində isə 4 oyunda iştirak etmişdir. İstinadlar
Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Xəzər Bakı FK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları