Asorustan () — 226–637-ci illərdə Sasanilərin Assuriya və Babilistanı əhatə edən vilayəti.
Etimologiyası Parf dilində olan "Asorustan" () adı I Şapurun Kəbəyi Zərdüştdəki kitabəsindən və Peyquluda yerləşən Narse yazısından məlumdur."ĀSŌRISTĀN" . Encyclopædia Iranica. Retrieved 15 July 2013. ĀSŌRISTĀN, name of the Sasanian province of Babylonia. Pəhləvi dilində "asoriq" sifəti müvafiq olaraq "aysor" mənasını verir.
Asorustan adı "Asor" ("Assuriya") və İran dillərinə məxsus "-istan" ("ölkə") şəkilçisinin birləşməsidir. Parfiyalılar "Assuriya" adını Asorustan formasında qədim Babilistanı əhatə etmək üçün dəyişdirilmişdi və bu, Sasanilər dövründə də davam etmişdir.
Dini Son antik dövrdə Mesopotamiyanın dini demoqrafiyası çox müxtəlif idi. I və II əsrlərdən süryani xristianlığı əsas dinə çevrilmiş, digər qruplar mandeizm, iudaizm, manixeizm, zərdüştilik və qədim Assuriya-Babil Mesopotamiya dinini tətbiq etmişdilər. Süryani Pravoslav Kilsəsinə və Assuriya Şərq Kilsəsinə bağlı xristianların vilayətdə çoxluğu təşkil etdikləri güman olunur.
İstinadlar
Əlavə ədəbiyyat
Rezakhani, Khodādād (2018). "Mesopotamia, Persian". In Nicholson, Oliver (ed.). The Oxford Dictionary of Late Antiquity. Oxford: Oxford University Press. ISBN 978-0-19-866277-8.
Kateqoriya:Ktesifon Kateqoriya:Sasanilər imperiyasının inzibati bölgüsü Kateqoriya:III əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:VII əsrdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:220-ci illərdə yaranmış dövlətlər və ərazilər