Aytən Kordu () — sosioloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Aytən Kordu 1971-ci ildə Ərzincan ilində anadan olub. Anadolu Universiteti Sosiologiya Bölməsindən məzun olub.

2003-2011-ci illərdə Göyqurşağı Qadınlar Dərnəyinin sədri olub. 2015-2017-ci illərdə Tunceli Bələdiyyəsində qadın məsələləri şöbəsində çalışıb.

Siyasi fəaliyyətinə görə 2.5 il müddətinə həbs edilib. 2018-ci ildə azadlığa buraxılıb.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Tunceli ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Zazaca bilir. Subaydır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları