Fərat vulkanı (, ) — Suriyada vətəndaş müharibəsi zamanı qurulan birgə əməliyyat otağı və koalisiya. Əsasən Suriya kürdlərinin Xalq Müdafiə Birlikləri (XMB) və Azad Suriya Ordusunun (ASO) müəyyən fraksiyalarından ibarət olmuşdur. Qrup İraq və Şam İslam Dövlətini Hələb və Rəqqə mühafəzələrindən çıxarmaq üçün mübarizə aparmışdır. 2015-ci ilin oktyabrında Vaşinqtonda yerləşən "Institute for the Study of War" qurumu "Fərat vulkanı"nı Hələb mühafəzəsindəki "güc vasitəçilərindən" biri hesab etmiş, ilk növbədə "İŞİD-ə qarşı" olduğunu, lakin mütləq "rejim əleyhdarı" olmadığını əlavə etmişdir.

İstinadlar

Xarici keçidlər Burkan al-Furat Archives - ARA News

Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Suriya Demokratik Qüvvələri Kateqoriya:2014-cü ildə yaradılmış təşkilatlar Kateqoriya:Azad Suriya Ordusu