"Dostluq" və ya sovet dövründəki adı ilə "Drujba" kinoteatrı – Bakının Nəsimi rayonunda yerləşən fəaliyyətsiz kinoteatr binası.

Tarixi Kinoteatr binası 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilmişdir. 2010-cu illərə qədər kinoteatrda kino nümayişinə davam edilmişdir. 2017-ci ildə tikili özəlləşdirilmişdir. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuşdur.

Sökülməsi 2021 və 2024-cü illərdə kinoteatrın sökülməsi və yerində çoxmərtəbəli binanın tikiləcəyi barədə şayiələr yayılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi belə bir planın olmadığını, sadəcə təmir işlərinin aparıldığını açıqlamışdır.

Xüsusiyyətlər Kinoteatr stalinist memarlıq üslubundadır. Baxımsız qaldığı üçün dam və fasad örtüyündə dağıntılar var, qəzalı vəziyyətdədir.

İstinadlar

Kateqoriya:Bakı kinoteatrları Kateqoriya:Nəsimi rayonundakı tikililər Kateqoriya:1952-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Stalinist memarlıq Kateqoriya:Keçmiş kinoteatrlar