Cılfır — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.

Toponimikası Cılfır kəndi Bərgüşad silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyərcik kəndindən köçmüş ailələr tərəfindən Cılfır meşəsi adlanan ərazidə salınmışdır. Kənd həmin meşənin adını daşıyır. Azərbaycan dilinin dialektlərində cılfır "cəngəllik, kol-koslu yer" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası və iqlimi Cılfır kəndi Bərgüşad silsiləsinin yamaclarında yerləşir.

Mənbə Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 448.

Həmçinin bax Qubadlı rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri