Piran ( və ya , ) — Adriatik dənizinin şimalında körfəz. Piran körfəzi həm də Triest körfəzinin cənub hissəsi hesab olunur.

Ümumi məlumat Körfəz Sloveniyanın Piran şəhərinin adını daşıyır. Körfəz sahilləri Xorvatiya və Sloveniyaya məxsudur. Sahəsi 19 km² olan körfəz cənubdan Savudri, şimaldan isə Madonı burunularını birləşdirən xətt ilə Triest körfəzindən ayrılır. 1990-cı ildən Xorvatiyada körfəz Savudriya adlanır.

Körfəzin Sloveniyaya məxsus şərq sahillərində Piran, Portoroj və Lusiya şəhərləri yerləşir. Cənub sahillərində, Xorvatiya ərazisində 1980-cı ildə inşa edilmiş Srveni-Brx və Kaneqra turist düşərgələri var.

Körfəzə tökülən əsas çay Draqoniyadı. Çayın yuxarı axarlarında Sloveniyanın duz hasil olunan Seçovel duzlu gölü yerləşir. Gölün sahəsi 650 hektardır.

Körfəz akvatoriyası Sloveniya və Xorvatiya arasında hərbi əməliyyatların meydanına çevrilmişdir. İkinci dünya müharibəsindən sonra Triest şəhərindən şimaldakı ərazilər, eləcə də cənubda Mirna çayına kimi Azad Triest ərazisi hesab olunurdu. 1954-cü ildə ərazi İtaliya və Yuqoslaviya arasında şərti olaraq bölündü. Yekun olaraq 1975-ci ildə Osimo müqaviləsinə əsasən bölgü təsdiqlənmişdir.

1991-ci ildə Yuqoslaviyanın parçalanmasından sonra hər iki ölkənin müstəqillik əldə etməsindən sonra Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi yarandı. Mübahisənin əsas səbəbi Piran körfəzinin suları idi.

İki dövlət arasında 29 iyun 2017-ci ilində razılaşma əldə olunsa da, Sloveniya hələ də müəyyən ərazilərə iddialıdır.

2000-ci illərdə körfəzə Xorvatiyada Savudri və Draqoniya adları verildi. Sonuncu ad sonrada populyarlıq qazanmadığına görə aradan çıxdı.Jure Šonje. Словарь хорватского языка. — 2000 год. — 210 с. — ISBN 978-953-0-40009-2. — ISBN 953-6036-64-9.

İstinadlar

Kateqoriya:Sloveniya coğrafiyası Kateqoriya:Xorvatiya coğrafiyası Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Adriatik dənizi Kateqoriya:Mübahisəli su əraziləri