Aliyə Dövlətli (29 sentyabr 2000, Sumqayıt, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. "Liman" klubunun yarımmüdafiəçisi. Aliyə Dövlətli futbol ictimaiyyətində həmçinin Aliyə Hüseynova olaraq tanınır.

Həyatı və Karyerası "Sumqayıt" klubunun yetirməsidir.

2009-cu ildən 2011-ci ilə qədər uşaq yaş qrupu üzrə, "Sumqayıt" formasını geyinib.

2011-ci ildə, peşəkar futbola başladı.

2013/2014 mövsümündə, "Sumqayıt" klubu ilə, çempionluq əldə etdi.

2014/2015-ci illərdə, çempionluğun ardından 3-cülük əldə etdi. 2016/2017-ci illərdə isə, bu nailiyyət təkrarlandı, yenidən 3-cülük əldə etdi.

Çox keçmədən, 2017/2018-ci illər yenə də, "Sumqayıt"la birlikdə çempionluq əldə etdi.

2020/2021-ci il futbol mövsümündə yenidən futbola qayıtdı. "Xırdalan Siti" ilə karyerasına başlayan Aliyə Dövlətli, bu komanda ilə uğur əldə edə bilmədi.

Növbəti mövsümdən, 2021/2022 mövsümündən yenidən "Sumqayıt" klubuna transfer oldu. Bu klubda yenidən 3-cülük əldə etdi. 2022/2023-cü ildə isə, Çempionluq yaşadı.https://web.archive.org/web/20230605141332/https://www.affa.az/index.php/yarlar/yksk-liqa-qzlar/cdvl/1140

2024/2025 sezonu rəqabət mühitinin bol yaşandığı sezon oldu və bu sezonda Aliyə Hüseynli "Sumqayıt" klubu ilə bürünc medal qazandı. 2025/2026 sezonda isə gümüş mükafatı əldə etdi.

2026-cı ildən etibarən "Liman " klubuna transfer oldu.

Milli karyerası 2016-ci ildə Azərbaycanın qadınlarda ibarət U17 millisində çıxış edirdi. A Milliyə dəvət edilməsinə baxmayaraq, bəzi ailə məsələlərinə görə, komanda ilə birlikdə məşqə yollana bilmədi.

Uğurları Sumqayıt FK frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Çempion (3) — (2013/2014, 2017/2018, 2022/2023) frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Gümüş medal (2): ( 2023/2024, 2025/2026) frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: bürünc medal (3): (2014/2015, 2016/2017, 2024/2025)

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Sumqayıt FK (qadın) futbolçuları