Tatlı — Azərbaycan Respublikasının Samux rayonunun Zazalı kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Yaşayış məntəqəsi vaxtilə Cənubi Azərbaycandan gəlmiş ailələr tərəfindən salınmışdır. Tat komponentli toponimlər həmçinin Dağıstan və Gürcüstan ərazisində də mövcuddur: Tatlar kəndi, Tatavul kəndi (Dərbənd rayonu), Tatu–şağı (Kaspi rayonu).
Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi Əhalisinin sayı 1041 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Samux rayonunun kəndləri