Qamze Gürdal () ― –57 kq çəki dərəcəsində və K44 kateqoriyasında mübarizə aparan, Avropa çempionu olan türk para-taekvondoçu.
İdman karyerası Gürdal Ankara Böyükşəhər Bələdiyyəsinin "EGO SK" klubunun üzvüdür və məşqçisi Kürşat Özdəmirdir.
2020-ci ildə Tokioda təşkil edilən 2020 Yay Paralimpiya Oyunlarında iştirak edib. 2022-ci ildə Mançesterdə keçirilən Avropa Taekvondo Çempionatında qızıl medal qazanıb. Gürdal 2023-cü ildə isə Rotterdamda təşkil edilən Avropa Para Çempionatında qızıl medalın sahibi olub.
Şəxsi həyatı Qamze Gürdal 12 iyun 1995-ci ildə Türkiyənin Ərzurum şəhərində anadan olub. Hal-hazırda Konyada yaşayır.
İstinadlar
Kateqoriya:2024 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:XXI əsr Türkiyə qadınları