IV Ceyms (; ) — Şotlandiya kralı.

Atasının 1488-ci ildə üsyançılarla döyüşdə öldürülməsinin ardından 15 yaşında ikən Şotlandiya kralı elan olundu. Donanmanın inkişaf etdirildiyi səltənəti Şotlandiya tarixinin ən parlaq illəri hesab olunur. Digər tərəfdən sənətə önəm verirdi və dövrün bir çox sənətçisini və incəsənət xadimini himayə etdi. Şotlandiyada ilk mətbəə və 2 böyük universitet məhz onun səltənətində quruldu. 1496-cı ildə parlamentin icbari təhsillə bağlı verdiyi qərarla ibtidai təhsil məcburi oldu. Dövlət gəlirləri məhz onun dövründə artırıldı. 1502-ci ildə bağlanan sülh və ertəsi il İngiltərə kralı VII Henri Tüdorun qızı Marqaritayla evlənməsi ingilislərlə münasibətləri yaxşılaşdırdı və 1603-cü ildə hər iki krallığın birləşdirilməsinə yol açdı.

1507-ci ildə Roma papası II Yuli tərəfindən Xristian İnancının Qoruyucusu ünvanını aldı.

1513-cü ildə İngiltərə kralı olan qaynı VIII Henrinin Fransaya müharibə elan etməsinin ardından, ingilislərlə sülhdən imtina etdi və Fransa kralı I Fransiski dəstəklədi. Ancaq həmin il ingilislərlə baş tutan döyüşdə məğlub edildi. O əsnada taxt naibəsi olan kraliça Araqonlu Ketrinin rəhbərlik etdiyi ingilis birliklərinə məğlub olan IV Ceyms döyüş meydanında öldürüldü. Taxt özündən sonra bir yaşlı oğlu V Ceymsə qaldı.

Ailəsi 25 yanvar 1503-cü ildə Riçmond sarayında İngiltərə kralı VII Henri Tüdorun qızı Marqaritayla evləndi. Cütlüyün bu nigahdan 6 övladı olsa da, bunlardan yalnız biri yetkinlik yaşına çata bildi.

Ceyms Stüart (21 fevral 1507 - 27 fevral 1508) Ölü doğulan bir qız uşağı (15 iyul 1508) Artur Stüart V Ceyms Ölü doğulan bir qız uşağı (noyabr 1512) Aleksandr Stüart

Mənbə

James the Fourth, Norman Macdougall (2006 with two earlier editions, regarded as definitive). King James IV of Scotland, R.L. Mackie (1958, the most important previous biography).

James IV in Oxford Dictionary of National Biography, Oxford University Press, New York, 2004, Vol. 29, pp. 609–619 Higgins, James, Scotland's Stewart Monarchs. A Free Translation of Works by Hector Boece / John Bellenden and Robert Lindsay of Pitscottie (2020). Accounts of the Comptroller, Sir Duncan Forestar, 1495–1499, Miscellany of the Scottish History Society, vol. 9 (1958), 57–81 (in Latin). Bain, Joseph, ed., Calendar of Documents relating to Scotland, 1357–1509, vol. 4, HM Register House, Edinburgh (1888)

Flodden Papers, 1505–1517, ed. Marguerite Wood, Scottish History Society, (1933), French diplomatic correspondence (does not refer to the battle). Letters of James IV, 1505–1513, ed. Mackie & Spilman, Scottish History Society (1953), English summaries of international letters.

Fatal Rivalry: Henry VIII, James IV and the Battle for Renaissance Britain – Flodden 1513, George Goodwin (2013)

İstinadlar