Azər Kərim oğlu Allahverənov (20 fevral 1972, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü (2021–2025), Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri (2015–2023) “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri (2020-ci ildən), Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü (2024-cü ildən), Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi (2025-ci ildən), Azər Allahverənov bu vəzifəyə seçildi Azərbaycan - Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri.
Həyatı Azər Allahverənov 20 fevral 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Nəsimi rayonu 152 saylı orta məktəbi bitirmişdir. 1990–1996-cı illərdə Kazan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almış, tarixçi və tarix müəllimi ixtisasına yiyələnmişdir. 1989–1990-cı illərdə Bakıdakı Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətində radio-lokasiya stansiyasının operatoru üzrə, 1991–1992-ci illərdə isə Kazan məktəbində rabitəçi-teleqrafçı üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə 1989-cu ildə başlamışdır. Müxtəlif illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi, Kazan Dövlət Universiteti, “Olimp” təmir-tikinti kooperativi, Azərbaycan Gənclər İttifaqı, Uşaq və Gənclərin Xeyriyyə Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və “Həyat” Beynəlxalq Humanitar Təşkilatında rəhbər vəzifələrdə çalışmışdır.
2007–2020-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi-Araşdırmalar Mərkəzinin baş elmi işçisi olmuşdur. 2015–2023-cü illərdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri olmuş, 2022–2024-cü illərdə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin miqrasiya üzrə milli eksperti qismində fəaliyyət göstərmişdir.
2021–2025-ci illərdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olmuşdur.
2024-cü ilin sentyabrında keçirilən növbədənkənar seçkilərdə 29 saylı Sabunçu dördüncü seçki dairəsindən Milli Məclisin deputatı seçilmişdir.
Ailəlidir, iki övladı var.
Elmi fəaliyyəti 1997–2002-ci illərdə Bakıdakı ali məktəblərdə müəllim kimi fəaliyyət göstərmiş, 1999–2001-ci illərdə Odlar Yurdu Universitetində Sosial və ictimai fənlər kafedrasının müdir müavini və baş müəllimi olmuşdur.
2002-ci ildə “Vətəndaş cəmiyyətinin qərarlaşmasında ictimai sektorun inkişafı vacib amildir (sosial-fəlsəfi təhlil)” mövzusunda dissertasiya müdafiə etmiş, 2004-cü ildə sosial fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Müəllifi olduğu 70-ə yaxın elmi məqalə, kitab və metodik tövsiyələr əsasən sosial-humanitar və miqrasiya mövzularını əhatə edir.
İctimai fəaliyyəti Azər Allahverənov 1988-ci ildən ictimai fəaliyyətlə məşğuldur. 1991–1993-cü illərdə Kazanda fəaliyyət göstərən “Oğuz” cəmiyyətində sədr müavini olmuşdur. 1999-cu ildə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının Forumunun yaradılmasında Təşkilat Komitəsinin üzvü kimi iştirak etmişdir. 2000–2010-cu illərdə miqrasiya sahəsində fəaliyyət göstərən 40-dan çox QHT-ni birləşdirən “Miqrasiya məsələləri ilə məşğul olan Azərbaycan QHT-lərinin Forumu”nun (FANQOM) icraçı direktoru olmuşdur. 2010–2014-cü illərdə sülh quruculuğu istiqamətində fəaliyyət göstərən “Sülh və Tərəqqi naminə Dialoq” konsorsiumunun təsisçisi və icraçı direktoru qismində çalışmışdır.
2009–2024-cü illərdə ABŞ Dövlət Departamentinin insan alveri üzrə illik hesabatlarının hazırlanmasında milli məsləhətçi funksiyasını yerinə yetirmişdir. 2009–2020-ci illərdə “Avrasiya Vətəndaş Təşəbbüsləri Platforması” İctimai Birliyinin təşəbbüs qrupunun rəhbəri olmuşdur. 2021–2023-cü illərdə “Azərbaycan – 2030: Sosial və İqtisadi Tərəqqi Naminə” QHT Koalisiyasını təsis etmiş və onun Rəyasət Heyətinə rəhbərlik etmişdir. 2023–2025-ci illərdə isə Miqrasiya Əməkdaşlıq Platformasının Əlaqələndirmə Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərmişdir.
Təltifləri
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007–2017)” yubiley medalı — 24 may 2017 “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı — 11 mart 2019 “Tərəqqi” medalı — 17 mart 2021 COP29 konfransında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin Təşəkkürnaməsi — 10 dekabr 2024 Türk Milli Polisinin və Türk Polis Tədqiqatları İnstitutunun Fəxri Fərmanı — 16 iyun 2007 Dövlət Miqrasiya Xidmətinin fəxri fərmanları — 2019, 2021, 2023 "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı — 2025-ci il 30 oktyabr, Nömrə: İ-020
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları