2 – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ikinci studiya albomu. 29 yanvar 2024-cü ildə buraxılmışdır və 8 mahnıdan ibarətdir. Alboma öncədən buraxılmış "Wife" mahnısı və əsas sinql "Super Lady" daxildir. Albomun B-tərəfində yer alan "Fate" və "Revenge" mahnıları Cənubi Koreyanın striminq platformalarında uğur qazanmışdır.

Buraxılması 8 yanvar 2024-cü ildə "Cube Entertainment" "(G)I-dle"ın "2" adlı ikinci studiya albomunun buraxılacağını açıqlamışdır. Dörd gün sonra geri döyüş treyleri yayımlanmışdır. 18 yanvarda alboma daxil olan treklerin siyahısı və əsas sinql olan "Super Lady" açıqlanmışdır. 21 yanvarda "Wife" mahnısının tizeri, növbəti gün mahnının özü və klipi buraxılmışdır. 24 yanvarda "Super Lady" üçün qısa film yayımlanmışdır. Albom 29 yanvarda buraxılmışdır. Albomun B-tərəf treki olan "Revenge" üçün klip 16 fevralda buraxılmışdır.

Konsepsiya və kompozisiya Albomun ərsəyə gəlmə prosesindən danışan Minni mahnılar üzərində "I Am Free-ty" dünya turunun başa çatmasına az qalmış işləməyə başladıqlarını bildirmişdir. O, albomun "Vision" və "7Days" mahnılarını 10 gün ərzində hazırlamışdır. Soyon albomun hazırlanmasında bütün üzvlərin aktiv iştirak etdiyini bildirmişdir.

"2" albomuna 8 trek daxildir. "Super Lady" albomunun əsas mahnısıdır. Üçüncü trek "Doll" "qaranlıq atmosfer"ə malik mahnı kimi təsvir olunmuşdur. Dördüncü trek "Vision" cersi-klab stilindədir. Beşinci trek "7Days" "emosional gitara ritmi"nə malikdir. Altıncı trek "Fate" "rəngli qrup ritmi"nə malik mahnı, yeddinci trek "Rollie" "dinamik və vintaj ritmə" malik mahnı kimi təsvir olunmuşdur.

Qəbul "NME" platforması albomu müxtəlifliyinə və qrupun inkişaf edən dinamikasını əks etdirməsinə görə bəyənsə də, innovasiya ehtiva etməməsinə görə tənqid etmişdir. "2" 1.163.395 nüsxə sataraq qrupun ən çox satılan albomu olmuşdur. Albom Cənubi Koreya albomları üçün nəzərdə tutulmuş həftəlik "Circle" hit-paradında birinci yerə yüksəlmişdir.

Trek siyahısı

İstinadlar

Kateqoriya:I-dle albomları Kateqoriya:2024-cü ilin musiqi albomları