thumb|upright|right|190px|Qurban Qurbanov Azərbaycan Premyer Liqasını rekord sayda — 11 dəfə qazanıb. Aşağıda 1992-ci ildən təşkil olunan və Azərbaycan futbol liqası sisteminin ən yüksək divizionu hesab olunan Azərbaycan Premyer Liqasını qazanan baş məşqçilərin siyahısı təqdim edilmişdir.
32 mövsümdə 11 fərqli mütəxəssis çempionluq sevinci yaşayıb. Mütləq rekord 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanova məxsusdur — 11 dəfə. Onu 5 çempionluqla Ağasəlim Mircavadov izləyir. Kazbek Tuayevin 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyevin 3 qızıl medalı var. Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Tsxadadze, Arif Əsədov Samir Abasov və Valdas Dambrauskas bir dəfə belə uğura imza atıb.
Ağasəlim Mircavadov 4 fərqli komandanı çempion edə bilmiş yeganə məşqçidir. O, 1993 mövsümündə "Qarabağ"ı, 1999-00 və 2000-01 mövsümlərində "Şəmkir"i, 2004-05 mövsümündə "Neftçi"ni, 2006-07 mövsümündə isə "Xəzər Lənkəran"ı çempionluğa daşıyıb. Kazbek Tuayev və Böyükağa Hacıyev bu uğura 2 fərqli komanda ilə nail olublar.
Azərbaycan çempionatları tarixində cəmi 4 əcnəbi mütəxəssis qızıl medalı boynundan asa bilib. Ukraynalı Valentin Xodukin və gürcüstanlı Kaxaber Tsxadadze "İnter"i, şimali makedoniyalı Qyoko Hacıyevski "Bakı"nı, litvalı Valdas Dambrauskas isə "Sabah"ı bir dəfə çempion edib.
Üç nəfər — Arif Əsədov, Qurban Qurbanov və Samir Abasov həm futbolçu, həm də məşqçi kimi Azərbaycan Premyer Liqasının qalibi olub. Arif Əsədov 1992, 1995-96 və 1996-97 mövsümlərində "Neftçi"də futbolçu, 2010-11 mövsümündə isə "Neftçi"də məşqçi kimi çempionluq qazanıb. Qurban Qurbanov 1993-94 mövsümündə "Turan"da, 1996-97, 2003-04 və 2004-05 mövsümlərində isə "Neftçi"də futbolçu kimi, 2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18, 2018-19, 2019-20, 2021-22, 2022-23, 2023-24 və 2024-25 mövsümlərində isə "Qarabağ"da məşqçi kimi çempion olub. Samir Abasov 2003-04 mövsümündə "Neftçi"də, 2007-08 və 2009-10 mövsümlərində isə "İnter"də futbolçu, 2020-21 mövsümündə isə "Neftçi"də məşqçi kimi çempionluq qazanıb.
İllər üzrə qaliblərin siyahısı MövsümVətəndaşlıqQalib məşqçiKlubİstinad1992 AzərbaycanNeftçi1993 AzərbaycanQarabağ1993-94 AzərbaycanTuran1994-95 AzərbaycanKəpəz1995-96 AzərbaycanNeftçi1996-97 AzərbaycanNeftçi1997-98 AzərbaycanKəpəz1998-99 AzərbaycanKəpəz1999-00 AzərbaycanŞəmkir2000-01 AzərbaycanŞəmkir2001-022002-032003-04 AzərbaycanNeftçi2004-05 AzərbaycanNeftçi2005-06 AzərbaycanBakı2006-07 AzərbaycanXəzər Lənkəran2007-08 Ukraynaİnter2008-09 Şimali MakedoniyaBakı2009-10 Gürcüstanİnter2010-11 AzərbaycanNeftçi2011-12 AzərbaycanNeftçi2012-13 AzərbaycanNeftçi2013-14 AzərbaycanQarabağ2014-15 AzərbaycanQarabağ2015-16 AzərbaycanQarabağ2016-17 AzərbaycanQarabağ2017-18 AzərbaycanQarabağ2018-19 AzərbaycanQarabağ2019-20 AzərbaycanQarabağ2020-21 AzərbaycanNeftçi2021-22 AzərbaycanQarabağ2022-23 AzərbaycanQarabağ2023-24 AzərbaycanQarabağ2024-25 AzərbaycanQarabağ2025-26 LitvaSabah
Bir dəfədən çox qazanan baş məşqçilər SıraVətəndaşlıqMəşqçiCəmiQalib olduğu mövsümlərQalib olduğu klub(lar)1Qurban Qurbanov112013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18, 2018-19, 2019-20, 2021-22, 2022-23, 2023-24, 2024-25Qarabağ2Ağasəlim Mircavadov51993, 1999-00, 2000-01, 2004-05, 2006-07Qarabağ, Şəmkir (2), Neftçi, Xəzər Lənkəran3Kazbek Tuayev41993-94, 1995-96, 1996-97, 2003-04Turan, Neftçi (3)4Mehman Allahverdiyev31994-95, 1997-98, 1998-99Kəpəz (3)Böyükağa Hacıyev32005-06, 2011-12, 2012-13Bakı, Neftçi (2)
Qalın şrift = Hələ də məşqçi kimi fəaliyyətini davam etdirir.
Ölkələr üzrə Bu cədvəldə məşqçilərin vətəndaşlıqlarına görə qələbə sayının statistikası göstərilmişdir. Vətəndaşlıq Qələbələrin sayı 29 1 1 1 1
Qeydlər
İstinadlar
Xarici keçidlər Azərbaycan çempionatlarında medal qazanan məşqçilər: Qurbanov hamını qabaqlayır - SİYAHI
Kateqoriya:Azərbaycan Premyer Liqası Kateqoriya:Futbol məşqçisi siyahıları