thumb|right|Seriyanın üç əsas personajı (aşağıdan yuxarıya) Friren, Fern, Ştark və onlardan əlavə Zayn. Kanehito Yamada tərəfindən yaradılmış "Frieren: Beyond Journey's End" manqa seriyasına Tsukasa Abe tərəfindən illüstrasiya olunan bir çox personaj daxildir. Manqa seriyasında hadisələr Friren adlı güclü elf sehrbazın yaşadığı fentezi dünyasında baş verir. O, İblis kralı məğlub edən Qəhrəmanlar komandasındakı yoldaşı Himmeli yenidən görmək üçün ruhların dincəldiyi yerə doğru səyahətə çıxır.

Seriyanın əsas personajı min ildən çox yaşı olan güclü elf sehrbaz Frirendir. O, Himmel, Heyter və Ayzendən ibarət Qəhrəmanlar komandasının keçmiş üzvüdür. Himmelin ölümündən bir müddət sonra Fern adlı şagirdi ilə ikinci səyahətə çıxmağa qərar verir. Yolda onun komandasına Ştark adlı gənc döyüşçü qoşulur. Onlar səyahətləri boyunca müxtəlif iblislərlə və sehrbazlarla qarşılaşırlar. 10 il əvvəl dostu ilə birlikdə macəraya çıxmadığı üçün peşman olan keşiş Zayn bir müddət onların komandasına qoşulur.

Seriyanın yaradıcısı Kanehito Yamada bir neçə ideya ilə çıxış etdikdən sonra min ildən çox yaşı olan elf sehrbaz yaratmağa qərar vermişdir. Seriyanın məsul redaktoru Katsuma Oqura illüstrator Tsukasa Abeyə müraciət edərək personajları dizayn etməsini istəmişdir. Seriyadakı personajların adları alman dilindən götürülmüşdür.

Frirenin komandası

Qəhrəmanlar komandasının keçmiş üzvü olan sehrbaz elf. Gənc görünməsinə baxmayaraq uzunömürlü elf irqinə mənsub olduğu üçün gec yaşlanır və min ildən çox yaşı var. Vaxtının çoxunu nadir sehrləri tapmaq və öyrənməklə keçirməyi sevir. Zaman qavrayışı insanlardan fərqli olduğu üçün illər və onilliklər ona qısa müddət kimi gəlir. Min il əvvəl yaşadığı elf kəndi İblis kralın qüvvələri tərəfindən məhv edildikdən sonra ulu sehrbaz Flammenin şagirdi olmuş və ondan sehr öyrənmişdir. Friren bu təcrübədən sonra iblislərə qarşı nifrət etməyə başlamış, iblis öldürən sehrlərdə ixtisaslaşmış, bacardığı qədər çox iblis öldürməyi qarşısına məqsəd kimi qoymuşdur. Tarixdə ən çox iblis öldürən sehrbaz olduğu üçün iblislər tərəfindən "Qatil Friren" kimi tanınır.

Friren əsrlər sonra Himmelin komandasına qoşulmuş və 10 illik macəradan sonra İblis kralı məğlub etməyi bacarmışdır. 50 il sonra keçmiş yoldaşlarını ziyarət edən Friren onların yaşlandığını görür. Himmelin dəfnetmə mərasimində onu daha yaxşı tanımağa cəhd etmədiyi üçün peşman olduğunu ifadə edir. Friren daha sonra digər yoldaşlarını ziyarət edir və digər keçmiş yoldaşı Hayterin xahişi ilə Fern adlı yetim qızı şagirdi kimi qəbul edir. Friren insanları daha yaxşı tanımaq üçün ikinci bir səyahətə çıxmağa qərar verir. Bu səyahətdə əsas məqsədi ruhların dincəldiyi yerin yerləşdiyi rəvayət olunan ucqar şimaldakı Aureola regionuna çatmaq və Himmeli yenidən görməkdir. Friren uzunömürlü elf olduğu üçün qıraqdan soyuq və duyğusuz biri kimi görünür, insan duyğularını başa düşməkdə çətinlik çəkir. Lakin əslində mehriban və qayğıkeş xarakterə malikdir.

Fernin şagirdi olan güclü sehrbaz. O, cənubda yerləşən bir ölkədə baş verən müharibə nəticəsində yetim qalmışdır və intihar etmək istəyərkən Heyter tərəfindən xilas edilmişdir. Uşaq olanda sehrə maraq göstərməyə başlamış və Heyterin başçılığı altında böyümüşdür. Fernin doqquz yaşı olanda Heyteri ziyarət etməyə gələn Friren ilə tanış olur. Heyterin xahişi ilə Friren onu şagirdi kimi qəbul edir və ona sehr öyrətməyə başlayır. 15 yaşına çatanda Heyter ölür və Frirenin şagirdi kimi onun səyahətinə qoşulur. Daha sonra sehrbaz imtihanına daxil olaraq I dərəcəli sehrbaz lisenziyası əldə edir. Fern 2025-ci ildə Crunchyroll Anime Mükafatının "Ən yaxşı yan personaj" kateqoriyası üzrə qalibi olmuşdur.

Ayzen tərəfindən yetişdirilmiş gənc döyüşçü. Friren və Fern onunla əjdaha təhlükəsi ilə yaşayan bir kənddə qarşılaşırlar. Ştark güclü döyüşçü olsa da, qorxaq olduğu üçün əjdahanı məğlub etməkdən çəkinir, lakin Friren və Fernin dəstəyi ilə əjdahanı öldürür və onların komandasına qoşulmağa qərar verir. O, bu səyahət boyunca yığdığı xatirələri ustası Ayzen ilə bölüşmək istəyir. Ştark sehrbaz olmasa da, komandanın döyüşçüsüdür, döyüşlərdə komandanı ön cəbhədən qoruyur. Ürkək xarakterinə baxmayaraq güclüdür və yoldaşlarına sadiqdir. Kobayaşi bildirmişdir ki, Ştrakı səsləndirərkən onun qorxaq tərəfini yansıtmağa daha çox önəm vermişdir.

Frirenin komandasına qoşulan kənd keşişi. Zayn bacarıqlı keşiş olsa da, içki içməyi, siqaret çəkməyi, qumar oynamağı və yaşlı qadınları sevir. 10 il əvvəl Kreys adlı yaxın dostunun macəra dəvətini qəbul etmədiyi üçün peşmandır və onu tapmaq üçün Frirenin komandasına qoşulmağa qərar verir. Lakin bir müddət sonra dostunu tapmaq üçün Frirenin komandası ilə yollarını ayırmalı olur.

Qəhrəmanlar komandası thumb|right|Qəhrəmanlar komandası (soldan sağa): Hayter, Friren, Himmel və Ayzen. Bir vaxtlar Frirenin üzvü olduğu qəhrəmanlar komandası. Onlar 10 il davam macəradan sonra İblis kralı məğlub etmiş və dünyada sülhü bərqərar etmişdirlər. Macəra başa çatdıqdan sonra ayrılmışdırlar. Komanda hekayənin əvvəlində dağılsa da, komanda üzvləri mütəmadi olaraq fleşbek səhnələrində peyda olurlar.

Qəhrəmanlar komandasının insan üzvü. O, komandanın qəhrəmanı idi və özünü yaraşıqlı adlandırmağı sevirdi. Frirenlə meteorit yağışını izlədikdən sonra Friren 50 il sonra onu ziyarət edəcəyinə söz verir. 50 il sonrakı görüşdən qısa müddət sonra Himmel ölür və bu hadisə Frirenin üzərisində böyük təsir buraxır. Friren ikinci bir səyahətə çıxaraq ruhların dincəldiyi yerə çatmağı və Himmeli yenidən görməyi istəyir. Himmel insanlara kömək etməyi sevən biri olmuşdur. O, böyük qəhrəman hesab edildiyi üçün demək olar ki, hər kənd və şəhərdə onun heykəlinə rast gəlmək mümkündür.

Qəhrəmanlar komandasının insan üzvü. Komandanın keşişi idi və şən şəxsiyyəti ilə tanınırdı. Keşiş olmasına baxmayaraq içkiyə düşkünlüyü ilə tanınmışdır. Komanda dağıldıqdan bir müddət sonra Fern adlı bir qızı övladlığa götürür və onu yetişdirir. Ölümündən qısa müddət əvvəl Frirendən Ferni şagirdi kimi qəbul etməsini xahiş edir.

Qəhrəmanlar komandasının cırtdan üzvü. Cırtdan irqindən olduğu üçün insanlardan daha çox yaşasa da, elflər qədər uzunömürlü deyil. Hələ də yaşasa da, qocaldığı üçün əvvəlki qədər güclü deyil. Bu səbəbdən sonra Frirenin ikinci səyahət dəvətini qəbul etmir və şagirdi Ştarkı tövsiyə edir. O, şagirdi Ştarkı güclü döyüşçü hesab edir və onun bir gün böyük döyüşçü olacağına inanır.

İblislər Bir vaxtlar İblis kralın başçılığı altında dünyada müsibətlərə səbəb olan irq. Qəhrəmanlar komandası İblis kralı öldürdükdən sonra onun qüvvələrindən qalan iblislər insanlara və digər irqlərə qarşı döyüşməyə davam edirlər. İblislər insanları və onların duyğularını yamsılamaqda peşəkar olsalar da, insanlara aid duyğuları başa düşə bilmirlər. Onlar sözlərdən istifadə edərək insanları aldatmağa çalışırlar. İblislər individualistik xarakterə malik canlılardı, onların sosial iyerxaxiyası güc və mana üzərisində qurulub. Friren iblislərdən nifrət edir və bacardığı qədər çox iblis öldürməyə çalışır.

İblis irqinin keçmiş hökmdarı. Min ildən çox yaşamışdır. Qəhrəmanlar komandası tərəfindən məğlub edilsə də, onun Endedə yerləşən qəsri hələ də salamatdır. Onun insanlara müharibəsi dünyada böyük məhvə səbəb olmuş, həm insan, həm də iblislərin böyük qismi bu konflikt nəticəsində ölmüşdür. Onun rəhbərliyi altında Yeddi Məhv Müdriki dünyanın əsas regionlarına nəzarət edən güclü iblislərdən ibarət olmuşdur. İblis kralın ölümündən 80 ildən çox vaxt keçsə də, onun təsiri dünyada hələ də hiss olunur. İblis kralın qüvvələrindən qalan iblislər hələ də döyüşməyə davam edirlər. Törətdiyi müharibə dünyanın indiki geosiyasi vəziyyətini formalaşdırmışdır.

kimi tanınan güclü iblis. O, rəsmi olaraq vəzifəsini tutub. Gələcəyi görmə bacarığına malik idi, hətta növbəti min ildəki gələcəyi görməyi bacarırdı. Yeddi Məhv Müdrikə başçılıq etmişdir. İblis kralın öldürülməsindən 10 il öncə Cənubun qəhrəmanı tərəfindən öldürülmüşdür.

Yeddi Məhv Müdriki İblis kralın ordusundakı ən güclü iblislər hesab olunurdu. Onlardan üçü Cənubun qəhrəmanı tərəfindən, bir neçəsi isə Qəhrəmanlar komandası tərəfindən öldürülmüşdür. İblis kralın ölümündən sonra sağ qalan bir neçəsi qaça bilmiş və güc toplamaq üçün gizlənmişdirlər.

Yeddi Məhv Müdrikinin üzvü olan dişi iblis, Friren və Qəhrəmanlar komandasının əzəli düşmənlərindən biri. Onlar Auranı məğlub etməyi bacarsalar da, Aura qaça bilmişdir. O, İtaət tərəzisi adlı sehrli əşyanın sahibidir. Bu əşya öz manası ilə qarşı tərəfin manasını tərəzidə çəkir və manası tərəzidə daha yüngül gələn tərəf qarşıya tərəfə itaət etməli olur. Bu, riskli əşya olsa da, Aura güclü iblis olduğu üçün manası çoxdur və bu əşya bir çox düşməni özünə tabe etdirmişdir. Düşmənlərinin başını kəsərək kuklasına çevirdiyi üçün "Başkəsən Aura" ləqəbi ilə tanınır. O, İtaət tərəzisini Frirenin üzərisində işlətmək istəsə də, Frirenin manası üstün gəlir və Aura ona tabe olaraq bu dəfə öz başını kəsir.

Yeddi Məhv Müdrikinin sağ qalmış son üzvü olan, "Qızıl torpaqlı" ləqəbi ilə tanınan iblis. Maxt 6 əsr əvvəl Frirenlə qarşılaşmış və onu məğlub edə bilmişdir. Maxt toxunduğu hər şeyi qızıla çevirə bilən güclü lənətdən – sehrindən istifadə bilir. Buna görə də Yeddi Məhv Müdrikinin ən güclüsü hesab olunur, Friren belə onu məğlub etməyin mümkünsüz olduğunu düşünür. Digər iblislərdən fərqli olaraq Maxt insanlarla birlikdə yaşamağı dəstəkləyir, insanların "yaxşılıq" və "pislik" hislərini başa düşmək istəyir. Bu hissi yaşamaq ümidi ilə Veyzer şəhərinin müttəfiqi olmuş, hətta Denkenə müəllim etmiş, amma sonda bütün şəhəri qızıla çevirmişdir. Sehrbazlar şəhərin ətrafında gücü baryer quraraq Maxtı orada həbs etmişdirlər. 80 il sonra Frirenin komandası və Denken onu məğlub etməyə gəlir. Həlledici döyüşdə Maxt Denken tərəfindən öldürülür.

kimi tanınan iblis. Şlaxt Cənubun qəhrəmanı ilə döyüşə gedərkən Maxtı da cəlb etmək üçün Qrausamın gücü ilə onu təhdid etmişdir. Qrausam illüziya sehrindən istifadə edə, hətta yaddaşı silə bilir. Cənubun qəhrəmanı ilə döyüşdən sağ çıxsa da, Qəhrəmanlar komandası tərəfindən öldürülmüşdür. Friren İlahənin abidəsi ilə keçmişə səyahət edəndə Solitar, Rivale və Totdan ibarət iblis komandası ilə Qəhrəmanlar komandasına hücum etməyi planlaşdırır. Qrausam insanlara xoşbəxt yuxular görməyə məcbur edən Ansehelşella sehrindən istifadə etsə də, Himmel döyüşməyə davam edə bilir. Friren gələcəyə qayıtmağı bacarandan sonra geri çəkilməyə məcbur olur.

kimi tanınan iblis. Güclü baryer sehrindən istifadə etməsinə görə tanınır. Cənubun qəhrəmanı ilə döyüşdən sağ çıxmışdır. Himmel onun güclü baryerini sındıra bilmiş və o, Qəhrəmanlar komandası tərəfindən öldürülmüşdür.

Böyük iblislər

İnsan sehrinə böyük marağı olan dişi iblis. Solitar adsız böyük iblis kimi tanınır, çünki onun adı heç bir kitabda çəkilmir, bunun səbəbi onunla qarşılaşanların ölmüş olmasıdır. Söhbət etməyi sevən Solitar insanları öyrənməyi çox sevir, Maxta təkamül və sehr haqqında məlumatlar vermişdir. Lakin Maxtdan fərqli olaraq insanlarla iblislərin birlikdə yaşaması ideyasını təhlükəli hesab edir. Solitar Maxta kömək edərək Veyzer şəhərinin ətrafındakı baryeri sındırır. Solitarın döyüş bacarıqları o qədər yüksəkdir ki, hətta Friren belə ona qarşı döyüşdə çətinlik çəkir. Lakin Fernin köməyi ilə onu öldürə bilir.

kimi tanınan iblis. Friren İlahənin abidəsi ilə keçmişə səyahət edəndə Qrausam onu Qəhrəmanlar komandasına hücum etməyə dəvət edir, lakin o, döyüşmək istəmədiyini, bütün planeti əhatə edəcək lənət üzərində işlədiyini, lənətin 1 əsr sonra tamamlanacağını bildirir.

kimi tanınan iblis. Ştarkın kəndinə hücum edib ailəsini öldürən iblisdir. İstədiyi silahı yarada bilmək sehrinə malikdir. Friren İlahənin abidəsi ilə keçmişə səyahət edəndə Solitar və Qrausamdan ibarət iblis komandası ilə Qəhrəmanlar komandasına hücum edir, Ayzenlə döyüşür.

Digər iblislər