Tehran Tibb Elmləri Universiteti () — dövlət ali təhsil müəssisəsi, İranın tibb elmləri sahəsində fəaliyyət göstərən ən böyük elmi-tədqiqat institutu və dövlət universitetidir. Tehran şəhərində yerləşir.
Tədris fəaliyyəti
2016-cı ilin iyun ayına olan məlumata əsasən, universitetdə əsas tədris prosesi 11 fakültədə həyata keçirilir:
Tibb fakültəsi; Paramedik (feldşer) fakültəsi; Stomatologiya fakültəsi; Tibb bacısı və ginekologiya fakültəsi; Sosial gigiyena və səhiyyənin təşkili fakültəsi; Ənənəvi tibb fakültəsi; İnnovativ tibbi texnologiyalar fakültəsi; Tibbi reabilitasiya fakültəsi; Trofologiya və dietologiya fakültəsi; Əczaçılıq fakültəsi; Distant təhsil fakültəsi.
Tədris və tibb işi
Tehran Tibb Elmləri Universitetinin tədris və tibbi işləri Tehran şəhərində yerləşən 5800 çarpayılıq 16 universitet xəstəxanasında həyata keçirilir.
Nəşriyyat fəaliyyəti
Tehran Tibb Elmləri Universiteti İran Tibb Elmləri Universiteti ilə bərabər fars və ingilis dillərində bir sıra elmi jurnallar nəşr edir.
İstinadlar
Xarici keçidlər
Tehran Tibb Elmləri Universitetinin rəsmi saytı
Kateqoriya:Infobox mapframe without OSM relation ID on Wikidata Kateqoriya:İran universitetləri Kateqoriya:Tehranda təhsil