Bay Suçjen həmçinin Ledi Bay (; mənası Ağ Xanım) kimi tanınır — minillik ağ ilan ruhud və Çinin "dörd böyük xalq nağılı"ndan biri olan "Ağ İlanın Əfsanəsi"nin baş qəhrəmanı. Bu əfsanə bir çox Çin operalarına, filmlərinə, televiziya seriallarına və digər media nümunələrinə uyğunlaşdırılmışdır. Əfsanənin bəzi versiyalarında Bay Suçjen bir tanrıçaya çevrilir; onu ibadət edənlər Ağ İlan Xanım () adlandırırlar.
Bay Suçjen Çin xalqı tərəfindən həqiqi sevginin və xeyirxahlığın simvolu hesab olunur.
Təsviri Bay Suçjen çox vaxt gözəl gənc qadına çevrilmək qabiliyyətinə malik ağ ilan kimi təsvir olunur. Əvvəlki dövrlərdə - Tan sülaləsinin "Li Huang" hekayəsində və Sun sülaləsinin "huaben" versiyasında Bay Suçjen kişi qurbanlarını ovlayan pis niyyətli bir yırtıcı kimi təsvir edilirdi.
Minq və Tsin sülalələri dövründə Bay Suçjenin obrazı dəyişdirilərək mənəvi cəhətdən yaxşı bir simaya çevrildi. Beləliklə, onun əfsanəsi sevgi hekayəsinə çevrildi.
Əfsanə Min il ərzində Emei dağında Taoizmi öyrəndikdən sonra ağ ilan Bay Suçjen, Şərqi Çin Dənizinin Əjdaha Kralının enerjisi ilə qadın şəklinə düşür. İnsan mənşəyinə sahib olmasa da, Bay mehriban bir varlıqdır və gücündən pis məqsədlər üçün istifadə etməyi rədd edir. O, ölümsüzlüyə nail olmaq üçün insan dünyasına gedərək yaxşı əməllər etməyə qərar verir. Daha sonra tanrıça Lişan Laomunun şagirdi olaraq qəbul edilir.
İnsan dünyasını gəzdiyi zaman Bay Suçjen bir dilənçinin təhdid etdiyi yaşıl ilanla qarşılaşır. Onun halına acıyaraq insan formasına girir və yaşıl ilanı xilas edir. Minnətdarlıq əlaməti olaraq, yaşıl ilan Bay Suçjenin yanında əbədi qalacağına söz verir və onun and bacısı olur. Bay Suçjen ona Syaotsin və ya Tsinmey (, mənası "[Kiçik] Bacı Tsink") deyə müraciət edir.
Qərb gölünə səfəri zamanı Bay Suçjen gənc Syuy Syan ilə tanış olur və ona aşiq olaraq onunla evlənir. Əfsanənin alternativ versiyalarından birində Bay Suçjen gözəl qadın formasını alaraq Syuy Syanı axtarır. Syuy Syanın əvvəlki həyatında onu xilas etdiyini xatırlayır və bu borcu ödəmək üçün ona kömək etmək istəyir.
Lakin buddist rahib Fahai onun həqiqi kimliyini aşkar edir və Syuy Syana onun ilan ruhu olduğunu deyir. Syuy Syan əvvəlcə buna inanmır, lakin sonra Fahaidən məsləhət alaraq Bay Suçjeni Əjdaha Qayığı Festivalında realqar şərabı içməyə inandırır. Bu şərabı içdikdən sonra Bay Suçjen həqiqi ilan formasına qayıdır. Onun bu halını görən Syuy Syan qorxudan ölür. Bay Suçjen kədər içində göyə qalxaraq ölümsüz linçji göbələyini oğurlayır. O, göbələklə Syuy Syanı dirildir və sevgisini qorumaq üçün mübarizə aparmağa davam edir. Bay Suçjen və Syaotsin Fahaidən qisas almaq üçün onun məbədini su basırlar, lakin bu zaman digər canlılara da zərər verirlər.
Nəhayət, Fahai Bay Suçjeni məğlub edir və onu Leyfen paqodasında həbs edir. Həbs olunduğu müddətdə Bay Suçjen oğlu Syuy Şilini dünyaya gətirir. İllər sonra onun oğlu böyük alim olur və anasına hörmət əlaməti olaraq onu ziyarət edərək xilasedir. Daha sonra Bay Suçjen göyə qalxır. Əfsanənin bir versiyasında Bay Suçjen həbs edildikdən sonra tanrıça Yaotay Laomunun daşıyıcısına çevrilir. O, uzun illər boyunca Yaotay Laomu ilə birlikdə qalaraq canlılara kömək edir və dünyanı xilas etməyə çalışır.
İbadət Bay Suçjen Çin xalq dinində tanrıça kimi ibadət olunur və ona Ağ İlan Xanım deyilir. Əfsanəyə görə, o və Syuy Syan bir zamanlar Çin təbabəti ilə məşğul olub və onlara müraciət edən insanlara şəfa və sağlamlıq məsləhətləri veriblər. Tayvanın Taoyuan şəhəri, Yanqmei rayonunda 1991-ci ildə Bay Suçjenə həsr olunmuş Ağ İlan Məbədi tikilmişdir. Bu məbəddə illik Əjdaha Qayığı Festivalı keçirilir və bu, ənənəvi və məşhur bir tədbirə çevrilmişdir. Çinin Tyanjin şəhəri, Jikou bölgəsində yerləşən Ağ İlan Mağarası Bay Suçjen və Syaotsin heykəllərinin tanrıçalar kimi dayandığı yerdir. Əfsanəyə görə, Ağ İlan bu mağarada Taoizmi təcrübə etmişdir.
Təsiri 2021-ci ildə yeni aşkar edilən "Suzhen's krait" ilan növü, Bay Suçjenin həqiqi sevgi uğrunda mübarizəsinə və insanlara qarşı mərhəmətinə hörmət olaraq adlandırılmışdır.
Qalereya
İstinadlar
Kateqoriya:Qadın mifoloji varlıqlar Kateqoriya:Çin mifologiyası Kateqoriya:İlan ilahələr