Qara sinəli meyvəyeyən (Pipreola lubomirskii) — Cotingidae fəsiləsinə aid bir quş növü. Əsasən And dağlarının şərq tərəfində Kolumbiya, Ekvador və Peruda rast gəlinir. Onun təbii yaşayış mühiti subtropik və tropik rütubətli dağ meşələridir və "Beynəlxalq Təbiəti Mühafizə Birliyi" (IUCN) onun statusunu "ən az narahatlıq doğuran" kimi qiymətləndirir.

Təsvir

Meyvəyeyənlər qısa quyruqları və qısa ayaqları olan quşlardır. Qara sinəli meyvəyeyən 18 sm uzunluğunda orta ölçülü bir meyvəyeyəndir. Erkəyinin qara başı və boğazı var. Bədənin yuxarı hissələri parlaq yaşıl, alt hissələri isə böyürlərdə ləkələr olan sarımtıl-yaşıldır. Dişinin qara baş bölgəsi yoxdur və parlaq yaşıl kürəyi, boğazı, sinəsi və sarı və yaşıl zolaqlarla örtülmüş alt hissələri var. Hər iki cinsdə də gözün qişası sarı, dimdik çəhrayı-narıncı və ayaqlar yaşılımtıl-bozdur. Bu növ “Pipreola riefferii" (yaşıl-qara meyvəyeyən) ilə qarışdırıla bilər, lakin sonuncu növdə erkəyin qara sinəsinin sarı haşiyəsi və qanad lələklərində solğun zolaqlar var. Nəğməsi zəif, yüksək tonlu yüksələn fit səsi "tseeeeeeweee"-dir və bundan əlavə qısa, qalxan və enən fit səsləri də var.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1879-cu ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika quşları