Nikolay Mixayloviç Lisovski () — rus biblioqrafı, kitabşünas.

Həyatı Nikolay Mixayloviç Lisovski 1854-cü il yanvarın 13, Moskvada anadan olmuşdur. O, 1874-1875-ci illərdə Sankt-Peterburq Kənd Təsərrüfatı İnstitunda təhsil almışdır. Yaradıcılığı

1884-1894-cü illərdə "Biblioqraf" jurnalının naşir-redaktoru olmuşdur. O, biblioqrafiya və kitabşünaslıq nəzəriyyəsinə dair bir sıra əsərin müəllifidir. Lisovski kitab statistika məsələlərini işləyib hazırlamışdır. O, kitabşünaslıq kursu yaradaraq, ilk dəfə 1913-cü ildə Sankt-Peterburq və 1916-cı 1919-cu illərdə Moskva universitetlərində bu sahədə dərs demişdir.

Nikolay Mixayloviç Lisovski Böyük Oktyabr sosialist inqilabından sonra ölkədə kitabxananaçılıq və muzeyşünaslıq işinin təşkilində iştirak etmişdir.

İstinadlar

Xarici keçidlər

Николай Михайлович Лисовский на сайте «Хронос»

Kateqoriya:Sankt-Peterburq İmperator Universitetinin müəllimləri