Allahverdiyev Müseyib Abdulla oğlu () — Sovet İttifaqı Qəhrəmanı.
Həyatı Müseyib Allahverdiyev 1909-cu ildə Qazax rayonun Dağkəsəmən kəndində dünyaya göz açmışdır. 1936-cı ildə hərbi siyasi məktəbi bitirib və 1941-ci ildə könüllü olaraq orduda xidmətə getmişdir.
Böyük Vətən müharibəsində batalyon komandiri olub. Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarında Moskva altındakı döyüşlərdən başlayaraq Budapeştə qədər döyüş yolu keçmişdir. Mayor Müseyib Allahverdiyevin komandir olduğu batalyon Dnepri keçərək Macarıstan ərazilərində ağır döyüşlərdə iştirak etmişdir. Batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilmiş və 2200 nəfəri əsir alınmışdır. M. Allahverdiyev Budapeştin azad edilməsi əməliyyatında da iştirak etmişdir.
Müharibədə göstərdiyi şücaətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.Şəmistan Nəzirli, Krım dəftəri. Bakı, Şirvannəşr, 2004
Qazax və Ağstafa rayonlarının yeganə Sovet İttifaqı Qəhrəmanıdır.
19 may 1969-cu ildə vəfat edib.
Dağkəsəmən kənd 1 saylı orta məktəb Müseyib Allahverdiyevin adınadı.
Qazax avtovağzalının qarşısında büstü qoyulub.
İstinadlar
Xarici keçidlər Аллахвердиев Мусеиб Абдулла оглы 9may.az. Qəhrəmanlar.
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ mayorları