Erythrura trichroa (Maviüzlü tutuquşu ispinozu) — Şimal-şərqi Avstraliya, şərqi İndoneziya, Papua-Yeni Qvineya, Solomon adaları, Vanuatu və Yeni Kaledoniyada rast gəlinən quş növü.
Təsvir
"Erythrura trichroa"nın erkəkləri, açıq sarı-yaşıldan tünd mavi-yaşıla qədər dəyişən rənglərə malikdir. Alın və üzlərində tünd mavi lələklər var, quyruqları isə ümumiyyətlə qırmızı və ya paslı qırmızı-qəhvəyi rəngdədir. Uzunluqları adətən 13 sm-dir. Dişilər isə, daha az parlaq mavi rəngdədir və bir qədər kiçik, daha yumru başlıdır. Kvinslenddə tapılan quşlar arasında lələk rənglərində, dimdiyin formasında və ya genetik tərkibində əhəmiyyətli fərq yoxdur. Bu, köçəri davranışlar və davamlı gen axını ilə əlaqələndirilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1835-ci ildə təsvir edilən quşlar Kateqoriya:Erythrura Kateqoriya:Asiya faunası Kateqoriya:Yeni Qvineya quşları