Pterorhinus courtoisi (Mavi taclı qarğa quşu) və ya Courtoisin qarğa quşu — "Leiothrichidae" fəsiləsinə aid olan bir quş növü.

Ümumi məlumat

Hazırda yalnız Çinin Szyansi əyalətində tapılır. Təhlükə altında olan bu növ, yaxın zamana qədər ümumiyyətlə sarıboğaz qarğa quşunun yarımnövü kimi qəbul edilirdi, lakin sarıboğaz qarğa quşunun tacı açıq boz (mavi deyil) rəngdədir.

Status

Bu quş, 2006-cı il "IUCN Qırmızı Siyahısı"nda səhvən ən az riskli növ kimi siyahıya alınmışdır. Əslində isə, ən azından vəhşi təbiətdə, nəslinin kəsilməsinə yaxın olduğu üçün 2007-ci il "Qırmızı Siyahı"sında vəziyyəti "kritik təhlükə altında" olaraq düzəldilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Cənubi Çin quşları Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Asiya quşları Kateqoriya:1923-cü ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər