Anycia (tam adı: Anisiya Saymon Edvards; ) — ABŞ repçisi. O, 2022-ci ildə peşəkar rep fəaliyyətinə başlamışdır. 2023-cü ildə özünün "So What" mahnısından bir fraqmentin sosial şəbəkələrdə viral olması nəticəsində ictimaiyyətin diqqətini cəlb etmişdir. 2024-cü ildə sənətçi özünün ilk studiya albomunu - "Princess Pop That"i ərsəyə gətirmişdir.
Erkən həyatı Anisiya Saymon Edvards 19 avqust 1997-ci il tarixində Corciya ştatının Atlanta şəhərində anadan olmuş və şəhərin cənub hissəsində tərbiyə almışdır. O, katolik ailəsində böyümüş, anası Andrea və nənəsi Narvellett tərəfindən kiçik qardaşı ilə birlikdə tərbiyə edilmişdir. Edvards ailəsi Atlanta metropoliya ərazisinin müxtəlif bölgələrində məskunlaşmışdır. O, Barbados mənşəli olub, Los-Anceles və Nyu-Orleanda yaşayan qohumları vardır.
O, erkən yaşlarında rep ifaçılığına başlamış və ilk çıxışını Corciya ştatının Feyrbern şəhərində yerləşən Lendmark Xristian Məktəbində Pasxa konsertində etmişdir. Məhz ekstrovert xarakterinə görə həmin tədbirdə çıxış etmək üçün seçilmişdir. İlk musiqi təsirlənmələri sırasında anası ilə birlikdə müntəzəm olaraq dinlədiyi Aşer kimi sənətçilər yer almışdır.
Gənclik illərində Anisiya bir neçə məktəbdə təhsil almış, 10-cu sinifdə məktəbin davranış müqaviləsini pozduqdan sonra iki alternativ təhsil proqramı daxil olmaqla üç müxtəlif məktəbdə oxumuşdur. Orta məktəbdə təhsil alarkən o, səs mühəndisliyi dərsində özünün ilk mahnısını - "Queen of Atlanta"nı qeydə almışdır.
Anisiya həmçinin Nyu-Orleanda bir il yaşamış, burada ailəsi psixi sağlamlıq klinikası idarə etmişdir. O, həmin təcrübəni formalaşdırıcı hesab etmiş, lakin həmyaşıdları tərəfindən təzyiqlərə məruz qaldığını qeyd etmişdir. Corciyaya qayıtdıqdan sonra, bərbərlik sənətinə yiyələnmək məqsədilə qısa müddət gözəllik məktəbində təhsil almış, daha sonra uşaq bağçasında müəllim və restoranda qarşılama işçisi vəzifələrində çalışmışdır. Nəhayətində, musiqi karyerasını tam şəkildə davam etdirmək üçün hər iki işdən ayrılmışdır.
Fəaliyyəti
Şəxsi həyatı 2025-ci ilin fevral ayında o, ABŞ müğənnisi 4Batz ilə münasibətdə olduğunu təsdiqləmişdir.
Diskoqrafiya Studiya albomları Princess Pop That (2024)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ repçiləri Kateqoriya:XXI əsr ABŞ repçiləri